Gündəm / İdman

Kubalı kubalı ilə döyüşür və qalib Azərbaycan olur

18-08-2016, 00:58
Kubalı kubalı ilə döyüşür və qalib Azərbaycan olurRio 2016-da çıxış edən idmançılarımızdan 35-i legioner, 21-i isə yerli idmançılardır

"Rio-2016"da idmançılarımızın görüşləri davam edir. Ölkəmiz 3 pillə geriləyərək hal-hazırda 54-cü yerdə qərarlaşıb. İdmançılarımız hələ ki, 2 gümüş, 4 bürünc medal qazanıb. 


Bizimyol.info xəbər verir ki, dünən idmançılarımızdan daha biri növbəti mərhələyə keçə bilib. Kubada anadan olan, lakin Azərbaycan bayrağı altında döyüşən Lorenzo Sotomayor, həmyerlisi Toledo ilə qarşılaşıb.  Kuba əsilli idmançı həmyerlisini hər üç raundda üstələyərək, yarımfinala vəsiqə qazanıb və ən azı bürünc medalı təmin edib.

İki kubalının görüşü bir çox media orqanlarında işıqlandırılıb. "Reuters" qarşılaşma ilə bağlı xəbəri maraqlı başlıqla təqdim edim. Sayt "Kubalı kubalı ilə döyüşür və qalib Azərbaycan olur" başlığı ilə xəbəri yayımlayıb. 

Sayt yazır ki, bu il keçirilən oyunlar, 31 yaşlı Sotomayorun karierasında son olimpiya oyunlarıdır.

Reuters-in yazdığına görə Rioda Lorenzo Sotomayorla bağlı hətta lətifələr də danışılır. Məsələn - "O hansı ölkədir ki, iki kubalı döyüşür, amma Kuba yox, o ölkə qalib gəlir?"

Daha sonra idmançını lağa qoyaraq əlavə ediblər: "O, artıq Azərbaycan dilində 5 söz də öyrənib"

Azərbaycanlı idmansevərlər ölkəmizi təmsil edən legioner sayının həddindən artıq çox olduğunu düşünürlər. Rio 2016-da çıxış edən idmançılarımızdan 35-i legioner, 21-i isə yerli idmançılardır.

Qeyd edək ki, Lorenzo Sotomayor yarımfinalda Almaniyanı təmsil edən erməni boksçu Artyom Harutunyanla döyüşəcək. Bu görüş avqustun 19-da baş tutacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]