Avto

İki gündə 10 mindən çox sürücü radara düşüb

29-08-2016, 19:31
İki gündə 10 mindən çox sürücü radara düşüb
 Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi avqustuın 27-28-də ölkə üzrə keçirilən reydlərin nəticələrinə dair məlumat yayıb.
İdarədən "Report"a verilən məlumata görə, yol hərəkəti qaydalarının pozulması, nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi hallarının qarşısının alınması istiqamətində DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən reydlər ötən həftə də davam etdirilib.
Respublika ərazisində təkcə şənbə və bazar günlərində bütövlükdə 22 mindən artıq yol hərəkəti qayda pozuntusu aşkar edilib ki, onlardan da 10 mindən çoxu foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanıb.
Qalan 12 mindən çox qayda pozuntusu, yol hərəkətinə nəzarəti həyata keçirən dövlət yol polisi qurumlarının əməkdaşları tərəfindən aşkarlanıb ki, onlardan da 163-ü nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi faktlarıdır. Baş Dövlət Yol Polisi İdarəsi bir daha nəqliyyat vasitələrinin sürücülərindən yol hərəkəti qaydalarına ciddi əməl etmələrini tələb edir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]