İqtisadiyyat

Heydər Babayevə məxsus olan bank bağlandı –Rüfət Aslanlı səbəbi açıqladı

3-05-2016, 13:48

Heydər Babayevə məxsus olan bank bağlandı –Rüfət Aslanlı səbəbi açıqladıMaliyyə Bazarlarına Nəzarət Palatası "Bank Standard”a müvəqqəti inzibatçı təyin edib.

Bu barədə palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

Onun sözlərinə görə, son vaxtlar bankin likvidlik və kapital mövqeyi zəifləyib, buna görə də vəziyyəti qiymətləndirmək üçün bankda yoxlama aparılıb.

Yoxlamanın nəticələrinə görə, səhmdarlar və idarəəetmə qurumları vəziyyətdən çıxmaq üçün yetərli imkanlara malik deyil(Fins.az).

Xatırladaq ki, mediada bu bankın sabiq nazir Heydər Babayevə məxsus olduğu haqda təkzib edilməyən məlumatlar yayılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]