Kriminal

Şəkidə ruhi xəstə 39 yaşlı qonşusunu bıçaqlayıb

18-10-2015, 20:33
Şəkidə ruhi xəstə 39 yaşlı qonşusunu bıçaqlayıb

Şəkidə ruhi xəstə 39 yaşlı qonşusunu bıçaqlayıb.

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın yerli bürosuna verilən məlumata görə, bu gün rayonun Orta Zəyzid kənd sakini, 1976-cı il təvəllüdlü Ələddin Mikayıl oğlu Məmmədov sol döş qəfəsinin kəsilmiş və deşilən, lakin daxilə nüfuz etməyən bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub.

Araşdırma zamanı məlum olub ki, Ə. Məmmədovu ruhi xəstə olan qonşusu bıçaqlayıb.

Ə. Məmmədov ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-ya faktı təsdiqləyiblər. Təhqiqat bölməsində araşdırma aparıldığı bildirilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]