Texnologiya

Pilotsuz aparatlar qan daşıyacaq

4-08-2015, 00:01

ABŞ alimləri və həkimləri qan nümunələrini pilotsuz uçan aparatlarla göndərəcək. Alimlərin ilk səhra sınaqlarından məlum olub ki, kiçik pilotsuz uçan aparat analizlər üçün insanın qan nümunələrini onlara xələl gətirmədən daşıya bilər.

Bu kəşfin ucqar yerlərdə yaşayan xəstələrin həyatını asanlaşdıracağı gözlənilir. Qanın sağ-salamat çatdırılması üçün ən böyük təhlükəni aparatın buraxılması zamanı güclü sürətləndirmə və enişdə təkanlar törədir.

Sınaq zamanı alimlər qan nümunələrini götürərək Con Hopkins Universitetinin yaxınlığında yerləşən kəndə aparıblar.

ABŞ Federal Aviasiya İdarəsinin qaydalarına görə, uçuşlar aşağı hündürlükdə (100 metrdən aşağı) keçirilib, aparatlar operatorun görə bildiyi məsafədə uçub. Qan nümunələrinin yarısı pilotsuz uçan aparatlara yüklənərək havaya 6-38 dəqiqə davam edən reyslər zamanı buraxılıb.

Sonradan qanın hamısı universitet xəstəxanasına qaytarılıb. (axar.az)

Administratorla əlaqə

077 611-55-22

[email protected]