İqtisadiyyat

İlham Rəhimovun kürəkəninə məxsus olan şirkət 200 miliyonluq vergidən necə yayınıb?

31-12-2015, 04:20

"Baktel”in hesabları Vergilər Nazirliyi tərəfindən donduruldu

Biz Qafqaznews.az olaraq Baktell şirkəti barədə bir neçə yazıdərc etmişdik.  Hətta xatırladaq ki, bundan qabaq yazdığımız yazılara görə də, MTN-nin bir neçə əməkdaşı tərəfindən təziqlərə məruz qalmışdıq.
"Baktel” şirkətinin sahiblərindən biri olan İlham Rəhimovunkürəkəni Araz Mehdiyev o vaxt bizi MTN-ə sifariş vermişdi ki, guya onlar barəsində bizim yazdığımız məlumat yalandır.
Bu məsələ təqribən bu ilin aprel-may ayında, I Avropa Oyunları ərəfəsində baş verib. O vaxt Qafqaznews.azyazırdı ki, İlham Rəhimovun kürəkəni Araz Mehdiyevin şirkətləri 10 milyon manatlıq vergidən yayınıb, bununla da bağlı, vergi işçiləri tərəfindən onun şirkətlərnin ambarlarına həbs qoyulub.
Həmçinin, A.Mehdiyevin təşvişə düşərək ölkəni tərk etməsi barədə də məlumat yayılmışdı.
Bu məlumat mətbuatda gedəndən sonra bizim əməkdaşlar bir sıra MTN zabitləri tərəfindən təzyiqlərə məruz qalıblar. MTN zabitləri məlumatı bizə kimin verdiyini öyrənməyə çalışmışdı. Yəni, onların təzyiqlərindən başa düşülürdi ki, onlar Araz Mehdiyevin sifarişini yerinə yetirərək, mənbənin kim olduğunu öyrənib ona məruzə etmək istəyirlər. img1578339-300x203
Bəli, əziz oxucular, məruzə! Yəni, o vaxt bir sıra MTN əməkdaşı ancaq Araz Mehdiyev kimi monopolistlərə "krışa”lıq edərək, pul-paraya görə monopolistlərin muzdlu agentlərinə çevrilmişdilər.
Elə ona görə də, indi həmin şəxslər öz həyatlarını həbsdə davam etdirirlər. İndi isə keçək əsas məsələyə.
Bu gün redaksiyamıza daxil olan məlumata görə, "Baktel” şirkətinin bank hesablarına Vergilər Nazirliyi tərəfindən sərəncam qoyulub. Oxucuda təəccüb yarana bilər ki, "nə olar, burda nə var, Vergilər Nazirliyinin əsas işi şirkətlərin bank hesabına sərəncam qoymaqdan ibarətdir”. Ancaq yox, əziz oxucu, "Baktel” şirkəti ilə bağlı məsələ biraz başqa cürdür.
Bu şirkətin dövlətə nə az, nə çox, düz 200 milyon borcu yaranıb.  Yəni şirkətin sahibləri vaxtı ilə kimlərəsə görə qeyri-qanuni 18 faiz ƏDV-dən azad olunduqları üçün miliyonlara sahib olub "Bentley” avtomobillərində gəzirlər.
Hətta özlərinin şəxsi təyyarələri də var.
Ancaq bu gün, Vergilər Nazirliyi tərəfindən aparılan yoxlamalar nəticəsində bəlli olub ki, Baktel şirkəti 200 miliyon manatlıq vergidən yayınıb. Vergilər Nazirliyinin istintaq idarəsinin əməkdaşları tərəfindən "Baktel” şirkətinin Elçin adlı icraçı direktoru saxlanılsa da, sonradan bir qrup şəxs tərəfindən istintaqın gedişatına maneə törədilib və Elçin azadlığa buraxılıb.
Əldə etdiyimiz digər məlumata görə Elçin "Bakı Çinar Soyuducuları” zavodunun sahibBaktell-225x300idir.
Bütün bu faktlar bizə maraqlı gəldiyi üçün, biz jurnalist araşdırması apardıq və  bizə məlum oldu ki, Baktel şirkətinin digər sahibi keçmiş DİN başçısı mərhum Məhəmməd Əsədovun oğlu Rasim Əsədovdur.
Yəni, bu şəxs bilavasitə 200 milyon manat pulun vergidən yayınmasında cavabdeh olan şəxsdir. İkinci sahibi isə Hüquq Elimləri doktoru İlham Rəhimovun kürəkəni Araz Mehdiyevdir. Məlumat üçün bildirək ki, Baktel şirkəti "Azercell” şirkətinin alt distribüter lərindən biridir.
Hər gün "Baktel” "şirkəti Azercell” şirkətindən kontur alaraq öz müştərilərinə paylayır və Azercell-ə pulu köçürmə yolu ilə yox, nağd şəkildə ödəyir. Çünki, Vergilər Nazirliyi "Baktel” şirkətinin bank hesablarına sərəncam qoyub. Vaxtı ilə MTN-ə güvənən bir çox şəxslərin qaranlıq işləri hələ indilərdə üzə çıxır.
Şifahi olaraq vergidən azad olunmuş şirkətlərdən biri də "Caspian GSM” şirkətidir ki, onun kvotası 3 milyon 500 min manatdır. Yəqin ki, Caspian GSM şirkətinin adı oxucularımıza tanışdır. Bu şirkət professor İlham Rəhimovun kürəkəni Araz Mehdiyevə və onun şəriki Rasim Əsədova məxsusdur.
İndi keçək Bakcell şirkətinə və onun "Caspian GSM” şirkəti ilə mobil telefonlarla bağlı əməkdaşlığına.
Bakcell şirkətinin aylıq 12 milyon kvotasının 3 miliyon 500 mini "Caspian GSM”-ə məxsusdur. Bəli, Araz Mehdiyev ölkəmizdə mobil telefonların monopolisti olduğu üçün, "Bakcell” şirkəti bu cür güzəştə gedərək öz aylıq kvotasının 3 milyon 500 minlik hissəsini onlara "hədiyyə” edib. Ancaq bununla da "Caspian GSM” şirkətinin qazancı bitmir, həmin şirkət Araz Mehdiyevin şəriki Rasim Əsədova görə şifahi şəkildə vergidən azaddır.
Məhz buna görə də "Bakcell”-in kvota bölgüsündə heç kim Rasim Əsədovla rəqabət apara bilmir.
Gələn yazımızda Rasim Əsədovun şəxsi təyyarəsindən şok məlumatlar verəcəyik. Bizi izləyin,araşdırmamız davam edir.

Anar Asimoğlu

Administratorla əlaqə

077 611-55-22

[email protected]