İqtisadiyyat

“İndi hər şey Azərbaycandan asılıdır” – Georgi Qaxariya

20-01-2017, 00:42

SOCAR bizə kifayət qədər qaz versə, bizim "Qazprom”dan asılılığımız sıfıra bərabər olacaq

"Əgər strateji tərəfdaşımız olan Azərbaycan və SOCAR şirkəti bizə kifayət qədər təbii qaz versə, bizim "Qazprom”dan asılılığımız sıfıra bərabər olacaq”.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Qaxariya deyib.

Nazir bildirib ki, Gürcüstan hökuməti yeni müqaviləni imzalamaqla "Qazprom”dan qaz almaq öhdəliyinə son qoyub. Bu da bizim enerji təhlükəsizliyimizə və siyasi müstəqilliyimizə xidmət edir. Biz istəsək, daha "Qazprom”dam qaz almaya bilərik. Yalnız, qazın Ermənistana nəqlinə görə "Qazprom”dan nağd pul alacağıq.

Qaxariya deyib: "İndi hər şey Azərbaycandan asılıdır. Əgər strateji tərəfdaşımız olan Azərbaycan bizə lazım olan həcmdə "mavi yanacaq” versə, bizim "Qazprom”dan asılılığımız olmayacaq”.

"İnanırıq ki, Azərbaycan bizim strateji tərəfdaşımızdır və bizi "mavi yanacaqla” tam təmin edəcək”, – deyə, Qaxariya vurğulayıb.


Administratorla əlaqə

077 611-55-22

[email protected]