Əsas Səhifə / İqtisadiyyat

Saakaşvilinin partiyası: “SOCAR-la razılaşma qələbədir”

6-03-2016, 21:43

Saakaşvilinin partiyası: “SOCAR-la razılaşma qələbədir”Bugünkü etiraz aksiyamızdan sonra Gürcüstan rəhbərliyi "Qazprom”la əlavə razılığa cəhd etməyəcək.

 

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Vahid Milli Hərəkatının liderlərindən olan David Bakradze söyləyib. Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti uzun müddət ərzində xalqı aldadıb:

 

"Əvvəlcə bizə dedilər ki, Azərbaycan bizə əlavə qaz verə bilməz, sonra da söylədilər ki, əgər biz "Qazprom”la razılaşmasaq, Moskva Ermənistana qazı İrandan ötürəcək ki, bu da bizim üçün fəlakətdir. Yəni bütün bu illər ərzində biz yalnız yalan eşitdik. Hakimiyyət ölkəyə "Qazprom”u gətirmək istəyirdi. Onun yalan söylədikləri üç gün bundan əvvəl SOCAR-la əlavə qaz alınması ilə bağlı razılıq əldə olunanda sübut olundu. Bu bizim ilk qələbəmizidir və biz onu sona çatdırmalıyıq”.

 

Qeyd edək ki, bundan öncə SOCAR-la Tiflis arasında razılıq əldə olunub. Razılığa əsasən, Gürcüstana əlavə 500 milyon kub metr qaz veriləcək. Üstəlik, bu ölkəyə satılan sosial qazın qiyməti də ucuzlaşdırılacaq. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]