Media / Ölkə

Azərbaycanda TV yayımı dayandırılacaq – SƏBƏB

17-01-2017, 22:14
Azərbaycanda TV yayımı dayandırılacaq – SƏBƏB
Azərbaycanın efir məkanında kompleks profilaktik işlərin ilkin cədvəli hazırlanıb.


Xeberman.com xəbər verir ki, bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.


Mənbənin sözlərinə görə, hazırda cədvəl teleradio şirkətləri ilə razılaşdırılma mərhələsindədir. Razışaldırmadan sonra cədvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqinə veriləcək.


Kompleks profilaktikanın 2017-ci ildə dörd dəfə: fevralın 6-da, iyulun 3-də, oktyabrın 16-da və dekabrın 4-də saat 06:00-dan 15:00-dək keçirilməsi nəzərdə tutulur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]