Mədəniyyət

Azərbaycan xalçaları Almaniyada nümayiş olunur – FOTO

17-01-2017, 02:09
Azərbaycan xalçaları Almaniyada nümayiş olunur – FOTO

Azərbaycan xalçaları Almaniyanın Hannover şəhərində keçirilən "DOMOTEX” beynəlxalq satış sərgisində nümayiş etdirilir. 

Xeberman.com-uReport-a istinadla məlumatına görə, sərgidə Azərbaycan xalçaçılıq məktəbinin ən gözəl nümunələri - İrəvan, Naxçıvan, Qarabağ, Bakı, Təbriz, Gəncə, Quba, Şirvan və Qazax-Borçalı xalçaları nümayiş olunur.

Məlumata görə, ilk dəfə Hannover sərgisində iştirak edən "Azərxalça”nın məhsullarını sərgi iştirakçıları böyük maraqla qarşılayıblar.

Sərgidə iştirak edən nümayəndə heyətinə "Azərxalça” ASC-nin sədr müavini Orxan Rzayev rəhbərlik edir. 

Sərgi yanvarın 17-dək davam edəcək.

Qeyd edək ki, "DOMOTEX” beynəlxalq sərgisi ilk dəfə 1989-cu ildə keçirilib. O vaxtdan bu yana hər il dünyanın xalçaçılıq sahəsinin aparıcı istehsalçıları, topdan və pərakəndə satış təmsilçiləri, interyer dizaynerləri, memarlar Almaniyanın Hannover şəhərində keçirilən ənənəvi xalça satış sərgisində bir araya gəlirlər.  

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]