Elm

Sinif rəhbəri vəzifəsi ləğv edilir? - RƏSMİ AÇIQLAMA

7-01-2017, 20:03
Sinif rəhbəri vəzifəsi ləğv edilir? - RƏSMİ AÇIQLAMA

Təhsil Nazirliyi ümumtəhsil məktəblərində sinif rəhbəri vəzifəsinin ləğv ediləcəyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Nazirlikldən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil.

Nazirlikdən daha sonra əlavə edilib ki, ümumtəhsil məktəblərinin 2016-2017-ci dərs ilinə aid təsdiq olunmuş tədris planlarında fənlər üçün müəyyən edilmiş həftəlik dərs saatlarının miqdarında heç bir azaldılma nəzərdə tutulmur.

Bununla belə, I-IX siniflərdə tədris olunan "Həyat bilgisi" fənninin mahiyyət etibarı ilə paraleli və təkrarı xarakteri daşıdığından, habelə X-XI siniflərdə şagirdlərin həftəlik təlim yükünə ağırlıq gətirdiyindən dərs cədvəlinə salınmadan dərsdənkənar vaxtlarda həftədə 1 saat keçilən "Həyati bacarıqlara əsaslanan təhsil" kursunun tədrisi II yarımildən dayandırılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]