Kriminal

“Qarabağ”ın futbolçusu qəza törətdi: 6 aylıq körpə öldü - YENİLƏNİB + FOTO

8-12-2016, 16:17
“Qarabağ”ın futbolçusu qəza törətdi: 6 aylıq körpə öldü - YENİLƏNİB + FOTO

Tanınmış futbolçu, "Qarabağ”ın qapıçısı Emil Balayev qəza törədib.

Xeberman.com xəbər verir ki, hadisə Suraxanı rayonunda, Ağdam klubunun bazasının yanında baş verib.

Belə ki, qolkiper idarə etdiyi "BMW X5” markalı 10 0H 111 nömrəli avtomobil ilə "Mercedes” markalı avtomobili vurub.

"Mercedes”də olan 6 aylıq körpə ölüb. Valideynlərinin vəziyyətinin ağır olduğu bildirilir.

Yol-nəqliyyat hadisəsindən sonra Emil Balayev polis tərəfindən saxlanılıb-saxlanılmadığı bilinmir.

Qeyd edək ki, Emil Balayev peşəkar karyerasına "Neftçi”də başlayıb. Daha sonra o, icarə əsasında "Sumqayıt” və "Mil Muğan” da çıxış edib. Balayev legioner həyatı yaşamağa da nail olub. 2015-ci ildə "Ayntraxt”a keçən futbolçu 1 il sonra Azərbaycana qayıdıb və "Qarabağ”la müqavilə imzalayıb. O, Azərbaycan milli komandasına da dəvət alıb.

"Qarabağ”ın mətbuat xidməti məlumatı təsdiq edib.

"Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində son oyununa çıxır.Qurban Qurbanovun komandası 1/16 finala adlamaq üçün italyanlarla oyunda sərfəli nəticə qazanmalıdır.

 

10:40

Bakıda bir ailənin bütün üzvləri qəzaya düşüb.

Xeberman.com xəbər verir ki, hadisə Suraxanı rayonu Əmircan qəsəbəsində qeydə alınıb.

Belə ki, Ə.Bağırov marketə daxil olmaq üçün idarə etdiyi "Mercedes” markalı avtomobilini yol kənarında saxlayıb. O, geri qayıdaraq maşınına əyləşmək istəyib. Bu zaman yüksək sürətlə gələn "BMW” markalı avtomobil Ə.Bağırovun yol kənarında hərəkətsiz vəziyyətdə dayanmış maşınına çırpılıb. Nəticədə piyada qismində Ə.Bağırov, o cümlədən "Mercedes” markalı avtomobildə olan onun həyat yoldaşı Bağırova Günel Məzahir qızı ağır xəsarət alıb. G.Bağırovanın qucağında olan 6 aylıq Bağırov Xalid Əbdulbağır oğlu isə avtomobildən bir neçə metr kənara düşərək ölüb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

09:54

Bakıda bir ailənin bütün üzvlərini avtomobil vurub.

Xeberman.com xəbər verir ki, hadisə Suraxanı rayonu Əmircan qəsəbəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən Bağırov Əbdulbağır Zərbi oğlu, Bağırova Günel Məzahir qızı və onun qucağındakı övladı 6 aylıq Bağırov Xalid Əbdulbağır oğlunu naməlum avtomobil vuraraq ərazidən uzaqlaşıb.

Onların üçü də xəstəxanaya çatdırılıb. Ə.Bağırov və G.Bağırova xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilib. X.Bağırovun isə hadisə yerində öldüyü müəyyən edilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]