Siyasət

AİP lideri Mövsüm Səmədovun karsa salınmasına etiraz olundu

3-12-2016, 17:09

AİP lideri Mövsüm Səmədovun karsa salınmasına etiraz olunduAzərbaycan İslam Partiyasının sədri və lideri doktor Hacı Mövsüm Səmədovun Qobustan Qapalı Həbsxanasından 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülərək 15 günlük karsa salınması bir-çox ictimai və siyasi fəalların kəskin narazılığına səbəb olub.

Xeberman.com-un verdiyi xəbərə görə, bununla əlaqədar olaraq Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı və Əsassız Həbs Olunmuş İnanclı İnsanların Hüquqlarının Müdafiə Komitəsi bəyanatla çıxış edib.

Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı bəyanatında doktor Səmədovun 15 günlük karsa salınmasını və indiyə qədər vəkilinin Cəzaçəkmə Müəssisəsinə daxil olmasına yaradılan süni  maneələri AİP liderinə qarşı törədilən qanunsuzluqların davamı kimi qiymətləndirir.

Bəyanatda doktor Səmədovun və onunla birlikdə həbs olunanlara qarşı yürüdülən saxta ittihamlardan, bu məhbusların konstitusiyon hüquqlarının ardıcıl şəkildə pozulmasından ciddi narahatlıqlar ifadə olunur.

Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı doktor Səmədova qarşı aparılan qanunsuz əməllərə son qoyulmasını və ona qarşı törədilmiş bu qanunsuzluqlara görə günahkar şəxslərin müvafiq şəkildə cəzalandırılmasını tələb edir.

Əsassız Həbs Olunmuş İnanclı İnsanların Hüquqlarının Müdafiə Komitəsinin sədri Eldəniz Quliyev də Mövsüm Səmədovun qanunsuz şəkildə karsa salınmasına etiraz edir.

Komitənin sədri Eldəniz Quliyev bu hərəkəti AİP sədrinə qaqrşı sərgilənən ucuz qisasçılıq kimi dəyərləndirdiyini bildirdi: "Biz Müdafiə Komitəsi olaraq baş verənlrələ bağlı narahatlığımızı və etirazımızı bildiririk. Hesab edirik ki, bu cür ucuz qisasalma yolverilməzdir və təcili olaraq bütün əlaqədar qurumları tədbir görməyə çağırırıq”. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]