Əsas Səhifə / Mədəniyyət / Layihə

120 milyon manatdan bir damla…

7-02-2014, 22:08

Bank kreditləri içində bogulan Adəmin, borclarını ödəməkdən ötrü orta biznesi olan dostu Xəlildən başqa güvənc yeri qalmamışdı. Onun bu vəziyyətə düşməsinin səbəbi işləri ilə baglı ona verilən uzun-uzadı vədlərin özünü doğrultmaması və öncədən bu vədlərə arxayın olub, böyük müddət ona əziyyət verən evsizliyə artıq son qoyaraq, kredit və borclara girməsiolmuşdu. İndi isə çox acınacaqlı duruma düşən Adəm, üzünə üz salıb bəzi kredit borclarını yarı zarafat, yarı gerçək də olsa yeganə ərk edəcəyi dostu olan Xəlildən istəyirdi. Bir gün gəlir, Xəlilin biznesdə əli daha çox gətirir və böyük uğur qazanır. Bütün ölkə bu barədə danışır. Çünki, nə az-nə çox, söhbət 120 milyon manatlıq gəlirdən gedir. Adəmin isə hələ də işləri axsayırdı. İşlərindən ötrü getmədiyi, müraciət etmədiyi yer qalmamışdı. Hər şeyin öz vaxtı var əlbət! -deyə düşünərək yenə də kredit və borcların dərdini çəkməyə başlayır. Indi isə demək olar ki, artıq bütün kredit borclarını eledostu Xəlillə həll edir. Ödəmələrdən aslı olaraq bir gün 145 azn. bir gün 120, bir gün 700, bir gün 400 olmaqla… Xəlil də həmişəki kimi dostunu gülərüzlə qarşılayır, heç bir etiraz etmədən, sorğu-sualsız dediyi məbləği verib, onu yola salırdı. Ne qədər dost da olsalar bu gedişlə üzünün suyunun artıq aradan getdiyini hiss edən Adəm, nəhayət Xəlillə oturub ciddi danışmaq qərarına gəlir.

Yaxıngünlərinbirində, Xəliliniş otağındaAdəm, fürsəttapıbdostunadeyir: - Qulaqas, Xəlil. Artıq bezdim bu gedişatdan. Bu tükənməyən kredit, borclar beynimi çox məşğul edir, əlimi işdən soyudur, heç bir iş görə bilmirəm. Vaxtları da çox sürətlə gəlib çatır. Biri ayın əvvəlində, biri ortasında, nə bilim biri axırında… rahat nəfəs almağa belə qoymur məni! Özün bilirsən, məcbur qalmasaydım, heç zaman bu yükün altına girməzdim… bu yandan da işlərin belə alınması… inan, heç düşmənimə də arzulamıram bu həyatı! Dedim sənə deyim, hər dəfə belə səni narahat etməkdənsə olarmı ki, sən birdəfəlik... əgər mümkünsə... mənim bu borclarımı baglayasan? Şukur, bu gün buna yetəcək qədər gücün var İnşaallah… azca təbəssüm edir… amma həyəcandan titrəyən səsi Xəlilin diqqətindən yayınmır. Sözünə davam edir... - başqasını tamamən borcdan qurtarmağın, bunun sayəsində o şəxsə rahatlıqbəxş etməyin Yaradan qarşısında olan dəyər və qiymətini sən məndən yaxşı bilirsən, qardaşım... bütünbunlara baxmayaraq, and ola Allaha ki, bunlar hamısı bir borcdur mənə. Bircə ölməsəm, hamısının əvəzini çıxacam. Yetər ki, təkcə bu yükdən azad olum... günah sayılmasaydı, bunun ən qısa və rahat yolunu çoxdan keçirmişdim həyata… Bir neçə saniyəlik sükut… Xəlil dostunun sonuncu sözləri ilə nəyə işarə vurduğunuyaxşı anladı, amma bunuonaqətihissetdirmədi.

Adəm sözünə davam edir: -bu problem həll olsa əgər inan ki, hazırda əlimə aldığım o aylıq, balaca məvacibim... hətta balalarımı gəzintiyə çıxarmağa qədər yetər mənə!!! Daha yorulmuşam onlara bəhanələr gətirməkdən... heç onlar da artıq məni narahat etmirlər, əksinə mənə dəstək olaraq deyirlər: -Ata, maaşını alanda bizi gəzməyə apararsan, yaaxşıııı?...

Onu sakitcə dinləyən Xəlil, həmişə olduğu kimi, bu söhbətin dəüzərində çox dayanmadan dostundan qısa və konkret soruşur: -hamısı bir yerdə nə qədərdir borcun? Adəm -dəqiq hesablasaq hamısı bir yerdə təxminən 10 min azn. Xəlil seyfi açıb, oradan 10 min azn. çıxarıb Adəmə verir. Sonra 3 min də əlavə edərək deyir ki, buna da bəzi işlərini aşırmaq üçün bir dənə yüngül avtomobil al, qoy altina! Adəm kövrəlir... pulları alıb, dostunun üzündən öpüb, gedir.

Sabahı gün artıq bütün kredit və borclardan azad olan Adəm, elə bil həyatın necə gözəl və təravətli olduğunu indi hiss edibduyurdu… bu günkü gözəl, günəşli havanı əldən vermədən nəhayət ki, uşaqlarını gəzintiyə çıxarıb, əyləndirir və s.

Ertəsi gün Adəm, həmişəkindən fərqli olaraq dostunun görüşünə piyada deyil, təzə aldığı avtomobillə gedir. Sevincinin həddi-hüdudu olmayan Adəm, tezliklə dostu Xəlili görmək, onu bağrına basıb, üzündən öpmək istəyirdi… Lakin… körpüdən çox yüksək sürətlə keçən zaman qarşısına gözlənilmədən bir it çıxır və avtomobili elə həmin sürətlə itdənyayındırmaq istədikdə onu yığışdıra bilməyib, burnu üstə körpüdən aşagı enir... Qəzanın eşidilən o yüksək səsindən sonra ətrafa tam sakitlik çökür… Elə bil körpüdə Adəmdən başqa heç kəs yoximiş. Sonra isə bura axışan insanların sayı artmağa başlayır, körpüdən aşağıda baş verən mənzərəni seyr etmək ücün. Təbii ki, 9 metrlik məsafədən yerə düşən avtomobilin içindən kimsənin salamat çıxması qeyri mümkün bir iş idi...

Bayaqkısəssizlikdən indi heç əsər, əlamət qalmamışdı. Hamı dəhşət içərisində… danışan kim, qışqıran kim, qaçan kim… Aşağıda isə altı üstünə çevrilən avtomobilin qarşısında al qana boyanmış Adəm, elə yerindəcə səssiscə uzanıb, əbədi yuxuya getmişdi...

Üzərində “Dostum Adəmə ithaf edirəm” kəlmələri yazılan dəftəri bağlayıb, kənara qoyan Adəm, əvvəl üz-gözünü ovuşdurur… sonra bir anlıq fikrə gedir. Bu hekayəni ona yaxın dostu olan Xəlil yazmışdı. Bəli, hekayədəki Xəlildən fərqli olaraq gününü soğan çörəklə keçirən ən yaxın dostu Xəlil. Amma hamı qələminin vurgunu idi. Dostuna başqa heç cürə dəstək ola bilməyəcəyinianlayan Xəlilin istəyi, kredit və borc içində boğulan, maddi və mənəvi sarsıntılar icərisində olanən yaxın dostunu bu yolla əzab və iztirabdan qurtarmaq idi. Əgər inanclı, ağıllı və mənən güclü olmasaydı, dostunun hətta özünə qəsd edəcək dərəcədə sıxıntılar keçirdiyini yaxşı bilirdi.

Bəli, qələm öz sözünü demişdi. Doğurdan da hekayə Adəmə müsbət təsir qoydu. Həyatın, yaşamağın özünün ən böyük var, nemət olduğunu həyat problemlərindən heç zaman qaçmağın mümkün olmadığını bir daha yenidən anlamağa başlayanAdəm, Indi özünü qayğısız və yeni doğulmuş kimi hiss edirdi. Çox qəribə, qeyri adi hallar keçirirdi. Sanki, onun bütün borclarını ödəyən Xəlili tapıb, üzündən öpmək, onu sadəcə bağrına basmaq istəyirdi. Bu azadlıqdan sonra ağlına, heç gözləmədiyi, hətta özünü də həyəcanlandıra biləcək yüksək ideyalar gəlməyə başlamışdı… Lakin bütün bu hisslər çox tez, tez ötüb keçdi… çünki, bunları sabaha çatdırmaq mümkün deyildi… sabah isə Adəmi növbəti kredit gözləyirdi…

Natiq Axund

Administratorla əlaqə

077 611-55-22

[email protected]