Əsas Səhifə / İqtisadiyyat

Banklar dollarla olan kartları niyə dondurub?

24-12-2015, 12:35

Əkrəm Həsənov: «Banklar müqavilə şərtlərini pozurlar».

 


Dekabrın 21-də Mərkəzi Bankın üzən məzənnəyə keçmək barədə verdiyi qərardan sonra banklar dollarla olan kartları dondurub. 

Bu barədə PİA.AZ-a onlarla vətəndaş müraciət edib. Müştərilər bildirir ki, onlar kartlarında olan pullardan istifadə edə bilmirlər. Banklara olan müraciətlərə banklardan cavab olaraq bildirilir ki, böyük ehtimalla yeni ilə qədər dollarla olan kartlardan müştərilər istifadə edə bilməyəcəklər. Bu da müştərilər üçün yeni il ərəfəsində problemlər yaradır. Məsələnin başqa tərəfi isə odur ki, bir çox müştərilərin kartlarında olan pullar sıfırlanıb və bir çox kartlarda isə müştərilər banka borclu duruma düşüblər. 

PİA.Azın əməkdaşı məsələ ilə bağlı hüquqşünas, bank işləri üzrə ekspert Əkrəm Həsənovun fikirlərini öyrənib. 


Əkrəm Həsənov: «Mərkəzi Bank təcili bu halların qarşısını almaq üçün hərəkətə keçməlidir»

Hüquqşünasın fikrincə bankların aidığı bu addım tamamilə qanunsuzdur:

«Bankların müştərilərindən izinsiz və onlara xəbər vermədən dollarla olan ödəniş kartlarının balansını doldurmaları tamamilə qanunsuzdur. Bunula banklar açıq şəkildə vətəndaşlarla bağladıqları müqavilələrin şərtlərini pozurlar. Buna görə də təbii ki, müştərilər bankları məhkəməyə verə bilər və onlardan kompensasiya tələb edə bilərlər. Mərkəzi Bank təcili bu halların qarşısını almaq üçün hərəkətə keçməlidir».

Bankların atdığı bu addımların səbəbindən danışan ekspertin fikrincə yəqin ki, banklar çıxarılan pulların geri qayıtmamasından və müştərilərini itirməkdən qorxaraq bu addımı atırlar. Yəqin ki, müəyyən zaman çərçivəsində ajiotaj yatdıqdan sonra onlara xidməti davam etdirmək məqsədi güdürlər.

Qeyd edək ki, məsələ ilə bağlı bir neçə bankla əlaqə saxlasaq da, banklardan bildirdilər ki, məsələ ilə bağlı ancaq rəhbərlikdən icazə aldıqdan sonra açıqlama verə bilərlər.

Gülşən ŞƏRİF

Administratorla əlaqə

077 611-55-22

[email protected]