Texnologiya

“Google” rəhbəri 199 milyon dollar qazandı

9-02-2016, 16:22
“Google” rəhbəri 199 milyon dollar qazandı

"Goggle şirkətinin rəhbəri Sundar Piçay ABŞ-da ən yüksək maaş alan baş direktor oldu.

Xeberman.com bu barədə BBC-yə istinadən xəbər verir.

Əslən Hindistandan olan 43 yaşlı Piçay "Google” şirkətinin "Alphabet” holdinqin bir hissəsi olduqdan sonra keçən ilin oktyabr ayından rəhbərlik edir. Daha öncə "Alphabet” dünyada "Apple” şirkətini birinci sıralardan sıxışdıraraq çıxaran ən bahalı şirkət kimi tanınmışdı.

"Google” tərəfindən dərc edilmiş rəsmi məlumata əsasən, o, 200 milyon dollar məbləğində olan səhmlər şəklində bonus alıb. Beləliklə də "Google” şirkətinin ona məxsus olan qiymətli kağızlarının dəyəri təxminən 650 milyon dollardır.

Bununla yanaşı, "Google” şirkətinin təsisçiləri –Sergey Brina və Larri Peycin hər birinin sərvəti təxminən 34 milyard dollardır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]