Siyasət

ABŞ-dan bir ilk: Gülən haqda gözlənilməz sözlər

13-08-2016, 03:42
Amerikanın "Vaşinqton Tayms” qəzeti Fətullah Gülənlə bağlı gözlənilməz məqalə dərc edib.
 
Axar.az xəbər verir ki, məqaləni ABŞ-ın məşhur Kolumbiya Universitetində təhlükəsizlik və kəşfiyyat dərsləri keçən Abraham Vaqner yazıb. O, yazısında Fətullah Güləni radikal şəxs kimi təqdim edib və onun həm ABŞ, həm də Türkiyə üçün təhlükəli olduğunu diqqətə çatdırıb:
 
"Gülən həm ABŞ-da, həm də Türkiyədə şəriət dövləti qurmaq istəyir. O, çox sirli insandır. Deyirlər, onun 25 milyard dollar sərvəti var, ancaq heç kim bilmir ki, bu pullar haradan gəlib. FTB onunla və amerikalı uşaqlara dərs keçən türk müəllimlərlə bağlı ciddi araşdırma aparmalıdır. Gülən ilk baxışdan yaxşı insana bənzəyir, amma dərindən araşdırılanda onun bu iki ölkəni - ABŞ və Türkiyəni şəriət dövlətinə çevirmək istədiyi üzə çıxır”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]