Siyasət

SOCAR-dakı gülənçilər niyə “təmizlənmir? - Siyahı/Açıqlama

1-08-2016, 01:29
Türkiyədəki hərbi çevrilişdə ittiham olunan Fətullah Gülən adamlarının SOCAR-da yerləşdirilməsi haqda iddialar böyüyür 

Politika.Az xəbər verir ki, nurçu təriqətli kadrların neft şirkətində fəaliyyət göstərdiyi barədə xəbərlərin miqyası genişlənir. 

Gülənçi şəbəkənin Azərbaycanda zərərsizləşdirilməsi və onlara aid müəssisələrin bağlanması fonunda hələ də SOCAR-da fətullahçıların olması ciddi narahat doğuran faktdır. 

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da məsələyə reaksiya verib. Siyasi ekspertin sözlərinə görə, SOCAR rəhbərliyinə dəfələrlə xəbərdarlıq edilmişdi: 
SOCAR-dakı gülənçilər niyə
"Deyilmişdi ki, Türkiyədəki ofisin rəhbər heyətinə diqqət etsin. Veclərinə almadılar. Azərbaycan prezidenti Administrasiyada gülənçilərə əl gəzdirdi, deputat mandatlarını itirənlər oldu, SOCAR-ın rəhbəri Rövnəq Abdullayev isə yenə əlini ağdan-qaraya vurmadı. 

Şirkətdəki şəbəkə üzvlərini qorumağa çalışdı. Bu da sonu, Sənin etmədiyini, Sənin əvəzinə etdilər və bununla Azərbaycanın 1 nömrəli şirkətinin imicinə zərər dəydi”.

Türkiyənin "Sabah" qəzetinin yazarı Ferhat Ünlü ARDNŞ-nin törəmə şirkəti olan "SOCAR Turkey Energy"nin içərisində xeyli vəzifəli işçilərin Fətullah Gülənlə əlaqəli olduğunu yazıb. Həmin yazıda törəmə şirkətin bir sıra rəhbər işçilərinin "nurçular" təriqətinin üzvləri olduqları bildirilib:

Haldun Yavaş - Xəzər Strateji Araşdırmalar mərkəzinin rəhbəri

Fatih Yiğit - "SOCAR Turkey Energy"nin baş hüquq müşaviri, Fətullah Güləninşəxsi həkiminin kürəkəni

Vaqif Əliyev - ARDNŞ-nin Türkiyədə sahib olduğu "Petkim" şirkətinin direktorlar Şurasının rəhbəri

Ömer Adsız - "Socar Turkey Energy"nin ictimaiyyətlə əlaqələr direktoru

Samir Kərimli - "SOCAR Turkey Energy"nin icraçı direktorunun birinci müavini

Bundan başqa, ARDNŞ-yə məxsus "Star Rafineri" neft-kimya kompleksininİngiltərə vətəndaşı olan direktoru Robert Storinin arvadının da bu təriqətə bağlı olduğu bildirilib.

Gülənə yaxın adamlar arasında "SOCAR Turkey Energy"nin icraçı direktorunun birinci müavini Samir Kərimlinin də adı çəkilir. Onun Fətullah Gülənə yaxın olmaqla bərabər ABŞ-la da sıx əlaqələri olduğu da deyilir.

"Sabah" qəzetinin yazdığına görə, Azərbaycanda "Çağ öyrətim" şirkətinin idarəçiliyində olan Gülən məktəblərinin bağlanmaq adı altında SOCAR-a verilməsinin arxasında da Samir Kərimli dayanırdı. 

Eyni zamanda qeyd edilib ki, SOCAR-ın rəhbərliyində fətullahçılara bağlı olan daha bir neçə şəxsin adı Ankara tərəfindən Bakıya bildirilib.

Müəllif daha sonra qeyd edib ki, "paralel yapı", yəni Fətullah Gülən və onun təriqəti enerji sektorunda söz sahibinə çevrilmək üçün Türkiyənin enerji sektoruna on milyardlarla dollar yatırmağı planlaşdıran SOCAR-a da öz adamlarını yerləşdirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]