Siyasət

Nazarbayev Qazaxıstandakı hadisələrdə sələfiləri suçladı:"Hamısı cəzalandırılacaq"

11-06-2016, 03:09
Nazarbayev Qazaxıstandakı hadisələrdə sələfiləri suçladı:"Hamısı cəzalandırılacaq"

Qazaxıstanın Aktobe şəhərində iyunun 5-də silah mağazaları və hərbi hissəyə hücum edənlər sələfilər olub.

Xeberman.com-un məlumatına görə, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının iclasında deyib. 

Nursultan Nazarbayev bəyan edib ki, Qazaxıstanda dini azadlıqlar təmin olunub:"Eyni zamanda dini şüarlar arxasında gizlənərək, ölkədəki vəziyyəti qarışdırmaq istəyənlərə qətiyyətli cavab veriləcək". 

Qazaxıstan prezidenti bildirib ki, Aktobedəki terrorçuların, demək olar ki, hamısı zərərsizləşdirilib. O qeyd edib ki, hüquq-mühafizə orqanları terrorçuların hamısını tapacaq və onlar cəzalandırılacaq. 

Nursultan Nazarbayev hökumətə terrorçuluq və ekstremizmə qarşı mübarizə sahəsində qanunvericilik təşəbbüsü paketinin hazırlanması üçün iki ay vaxt verib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]