Siyasət

Fazil Məmmədov səfir göndərilir?- sabiq nazir könüllü sürgünə gedir

11-12-2017, 06:52
Fazil Məmmədov səfir göndərilir?- sabiq nazir könüllü sürgünə gedirKeçmiş vergilər naziri Fazil Məmmədov özünü diplomatiya sahəsində sınamaq istəyir. Bu barədə İstiqlal.az-a daxil olan məlumata görə, sabiq nazir Balkan ölkələrinin birində Azərbaycanın səfiri olmaq nyyətindədir.
Mənbənin iddiasına görə, Fazil Məmmədov bu istəyini diqqətinə diqqətinə hələ 6 ay qabaq çatdırıb: "Səhhətində olan problemlərə və yorğunluğuna görə F.Məmmədov son 6 ayda işə çox az çıxıb. Eyni zamanda o xroniki alkiqolizmdən əziyyət çəkir. Bu səbəbdən də F.Məmmədov müasir Azərbaycan tarixində rekord sayda - 15 müşaviri olan yeganə nazir olub. Müşavirlərin çoxluğu səlahiyyətlərini paylaşmaq istəyindən doğub. O indi həyata çan atır və faktiki idarəçiliyində olan ATA-holdinqin də idarəetməsindən əl çəkməyə hazırdı" - deyə mənbə vurğulayıb.
Mənbə onu da bildirir ki, F.Məmmədovun bu mesajı yuxarı çevrələrdə yaxşı qarşılanıb, çox güman ki, onun könüllü sürgün xahişinə müsbət reaksiya veriləcək.
YAP hakimiyyətinin dönəmində işdən çıxarılmış məmurların səfir göndərilməsi təcrübəsi var. Əgər Fazil Məmmədovun işdən çıxarılması hansısa qəzəbin təzahürü deyilsə, sadəcə 17 illik naziri yenisi ilə əvəzləmək istəyindən irəli gəlibsə, o zaman sabiq nazirin istəyi reallaşa bilər.
Xatırladaq ki, Fazil Məmmədov prezident İlham Əliyevin 5 dekabr 2017-ci il tarixli sərəncamı ilə işdən çıxarılıb. Onun yerinə Mikayıl Cabbarov təyin edilib. Mikayıl Cabbarov bundan əvvəl təhsil naziri vəzifəsində çalışıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]