Siyasət

KXCP Mehman Hüseynovun dərhal həbsdən azad edilməsini tələb edir.

7-03-2017, 01:46

06 mart 2017-ci ildə, Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti yığıncağı keçirilmişdir. Yığıncaqda, qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.

İdarə Heyətinin yığıncağında, Azərbaycan Xalq Cumhuriyyətinin Banisi Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümü qeyd edilmiş, AXC-nin qurucuları hörmət və ehtiramla yad edilmişdir.

Bloger Mehman Hüseynovun qanunsuz həbs edilməsinə etiraz edən KXCP, hakimiyyətdən vətəndaşlara qarşı apardığı repressiyalara son qoymağı və M. Hüseynovun dərhal həbsdən azad edilməsini tələb edir.

KXCP, Mikayıl Muşfiqin heykəlinin dağıdılmasını hakimiyyətin planlı siyasətinin tərkib hissəsi hesab edir, mövcud problemlərdən diqqəti yayındırmaq üçün atılan bu addımları qətiyyətlə pisləyir.

KXCP, illərlə fəaliyyət göstərən müəssisə və təşkilatların yenidən, açılışlarını dünyada analoqu olmayan idarəetmənin bariz nümunəsi hesab edir. “Ürək mərkəzi”nin açılışı, səhiyyə sistemindəki korrupsiyanı, səriştəsizliyi ört – basdır etmək məqsədi daşıyır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]