Siyasət

Xaricdə təbliğat adı altında xərclənən milyardlar hökumət komandasının təriflənməsi ücün xərclənib

23-11-2016, 15:56
Xarici siyasətin daxildən qayçılanması
22 Noyabr 2016 17:49 Print EmailHarda qənaət etmək lazımdır?

Hökumətin "qənaət planı” qüvvədədir. Hər gün qayçılaya-qayçılaya gedirlər. Amma bugünə qədər məmur komfortuna, mənasız layihələrə ayrılan pullarda qənaət gözə dəymir. Bütün qənaətlər vətəndaşın həyat şəraitinin çətinləşdirilməsinə xidmət edir. Gah sosial güzəştlər ləöv edilir, gah məcburi köçkünlərə verilən "çörək pulu” kəsilir, gah cərimələr sərtləşdirilir, gah da kütləvi ixtisarlar həyata keçirilir. Hətta gələn ilin büdcəsində səhiyyə xərcləri də azaldılıb, xaricdə təhsil proqramı ləğv edilib və.s

Bugünlərdə isə məlum oldu ki,2017-ci ilin büdcəsində Xarici işlər nazirliyinə ayrılan vəsait də azaldılıb. Belə ki, gələn ildə dövlət büdcəsindən Azərbaycanın Xarici İşlər Nazirliyinə 9 963 208 manat vəsait ayrılacaq.Bu barədə "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi” layihəsində qeyd olunub. Ümumiyyətlə, bu rəqəm 2016-cı ildə 11 607 589 manat olub. Gələn il üçün nəzərdə tutulan vəsait 2016-cı il ilə müqayisədə 1 644 381 manat azdır.


Çox fikirləşdilər və qərara gəldilər ki, xarici siyasətə ayrılan pulları məhdudlaşdırsınlar. Əslində, ölkədə bir-birini təkrarlayan xeyli qurumlar var, hər il məmurların xidməti maşınlarına küllü miqdarda vəsait xərclənir, müxtəlif ezamiyyətlər adı altında pullar silinir və.s Amma bütün bunları ləğv etmək əvəzinə, xarici işlər nazirliyinə ayrılan pulun həcmini azaltdılar.

Əslində, ərazisinin 20 faizi işğal altında olan bir ölkənin hökuməti əsas diqqəti ölkə xaricində təbliğata, düşmənin arqumentlərinin sıradan çıxarılmasına sərf edilməlidir. Diplomatiya sahəsində böyük uğurlar əldə etmək, Azərbaycanın haqlı mövqeyini dünyaya yaymaq lazımdır. Bizim hökumətimiz isə ərazibütövlüyü məsələsinə, dövlətin imici ilə bağlı məqamlara yüzüncü dərəcəli iş kimi baxır. Hökumət üçün əsas olan yetim qalmış tədbirlərə sahib çıxmaq, dünyaya "mən səxavətliyəm” mesajı verməkdir.

Amma məsələnin başqa tərəfi də var ki, ötən illər ərzində xaricdə təbliğat adı altında milyardlar talan edilib, dövlətin yox, hökumətin piarı aparılıb. Müxtəlif ölkələrdə keçirirlən xeyriyyə tədbirləri, xərclənən milyardlar Qarabağ məsələsinin həllinə yox, hökumət komandasının təriflənməsi üşün diplomatlar tapmağa hesablanıb.

O boyda milyardlarla Azərbaycanı dünyaya tanıda bilməyənlər. məhdud büdcəylə bu işi onsuz da görə bilməyəcəklər. Deməli, xarici siyasətimiz "xaric” oxumağa davam edəcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]