Şikayət / Ölkə

"9933" və digər taksi xidmətləri vətəndaşları belə aldadır - ŞİKAYƏT

28-03-2018, 15:30
Bu barədə İnterpress.az-a şikayət məktubu daxil olub. Məlumatda deyilir ki, paytaxt Bakıda fəaliyyət göstərən taksi şirkətlərinin sürücüləri sifarişləri düzgün həyata keçirmir. Bununla da, müştərinin aldadılmasına nail olurlar. Eyni zamanda, şirkət taksilərinin sürücüləri müştərilərə ödənişdən sonra qalıq borcu verməməklə oğurluq etdikləri bildirilir.

Belə sürücülərin daha çox “9933” taksi xidmətinə aid olduğu vurğulanır. Məlumatda deyilir ki, sözügedən taksi sürücüləri 2 kilometrlik yol üçün dəyərindən çox olan məbləğdə sifarişi qəbul edəcəklərini bildiriblər. Xüsusən, kobud qayda pozuntuları ilə avtomobili idarə edən bu sürücülərin sərnişinləri təhlükəyə məruz qoyduqları qeyd olunur.

Sözügedən taksi xidmətinin sürücülərinin müştərilərlə kobud rəftar etməsi də, xüsusi olaraq, bildirilir. Eyni zamanda, həmin sürücülər avtomobillərində sərnişinlərin zövqlərinə yad olan mahnıların ifasına böyük yer verirlər. Şikayətçilər bildirir ki, sürücülər sərnişinlərə təklif etmədən öz istədikləri mahnılara qulaq asırlar.
Bununla yanaşı, ötən gün mətbuatda taksi şirkətləri tərəfindən aldadılan sürücülərin aksiya keçirdiyi barədə məlumatlar dərc olunub. Məlumatda deyilir ki, paytaxt Bakıda bir qrup taksi sürücüsü taksi şirkətlərinə etiraz olaraq aksiya keçiriblər. Həmin taksilərin şirkətlər tərəfindən söz verilib aldadıldığı vurğulanır.

Sürücülərdən bəziləri internetdə taksi maşınının icarəyə verilməsinə dair elan görüb və işləmək üçün şirkətə müraciət ediblər. Daha sonra toplam 450 manat şirkətə pul ödəyiblər. Amma heç cür şirkətin işçiləri ilə əlaqə saxlaya bilməyiblər. Nəticədə onlar nə vəd olunan maşınları, nə də öz pullarını geri ala bilməyiblər.
Şikayətçilərin dediyinə görə, zərərçəkənlər arasında "şirkət"ə 1000, hətta 2000 manat ödəyənlər var. Onların ümumi sayı 50 nəfərdən artıqdır.
Etiraz aksiyası keçirilən yerə gələn polis işçiləri şikayətçilərdən ifadə olmaq üçün onları polsi bölməsinə dəvət edib.

Bundan əlavə, Bakıda fəaliyyət göstərən “9111” taksi xidməti təxribat törətməklə məşğuldur. Belə ki, xidmətin naviqasiya sistemi Bakının küçələrini erməni sözləri ilə təqdim edir. Naviqasiya sistemində metronun "Ulduz” stansiyasının yaxınlığında yerləşən küçələrdən biri "Artsax” kimi qeyd olunub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]