Şikayət / Ölkə

Əngəlli sürücü yol polisindən şikayətçidir – FOTO

31-03-2017, 21:11

Xeberman.com xəbər verir ki, o, Avtosfer.az-a bildirib ki, martın 30-da, axşam saat 21:30 radələrində Masallı rayonundakı dairədə idarə etdiyi 10 CS 055 dövlət nömrə nişanlı “Jeep Grand Cherokee” markalı avtomobilini saxlayaraq yol polisi əməkdaşları ilə salamlaşıb.

Bu zaman yolun əks tərəfində olan Masallı Rayon Dövlət Yol Polisi Bölməsinin baş inspektoru, polis kapitanı Şəmşir Kərimov ona avtomobildən düşüb, yanına gəlməyi əmr edib:

“Avtomobildə oturmuşdum. Mənə dedi ki, tez düş, qaçaraq yanıma gəl. Mən də soruşdum ki, bu nə hərəkətdir, bu necə adam çağırmaqdır? O da əsəbləşdi və özü mənə yaxınlaşdı. Avtomobilin qarşısına keçib, yerə düşməyimi tələb etdi. Mən soruşdum ki, axı niyə düşməliyəm, hansı qaydanı pozmuşam?

Heç nə demədən başqa bir inspektora göstəriş verdi ki, onun sənədlərini al. Həmin inspektor yaxınlaşıb özünü təqdim etdi və sənədləri istədi. Sonra isə əlini pəncərədən salıb qapını açdı. Bu zaman hamının “Şəmi” kimi tanıdığı Şəmşir Kərimov sol ayağımdan tutaraq məni sürüyüb yerə saldı”.

İkinci qrup əlil olduğunu deyən Rüstəm Qasımov 11 ay əvvəl Bakıda DTX-nın hospitalında belindən əməliyyat olunub. “Belimdə 6 implant var, 23 yerdən tikiş qoyulub. Özüm də ikinci qrup əliləm. Onlara heç bir müqavimət göstərmədən tabe oldum. Məni yol polisi avtomobilinə mindirib şöbəyə apardılar.

Mən yenə də bildirdim ki, qayda pozmuşamsa, bunun arxasında dayanıram. Pərdə taxmışamsa, yerində cərimə yazsınlar, çıxım gedim. Çünki pərdəni elə yerindəcə aşağı salmaq mümkündür. Mən bunu etiraf edirəm. 150 manat cəriməni yazsın, mən də gedib ödəyim. Amma heç nədən avtomobili cərimə meydançasına apardılar.

Mənə qarşı nalayiq hərəkətlər etdilər, hamı bunu gördü, şahidlərim var. Hadisə baş verən yerdəki obyektin kamerasına da baxa bilərlər. DYP avtomobilindəki kameraya da baxsınlar ki, məni necə sürüyüb avtomobildən yerə salırlar”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]