Ölkə

15 saylı şəhər poliklinikasında RƏZALƏT

2-11-2016, 21:15
Son dövrlər mətbuatda dərmanların həddindən artıq baha olması, apteklərdə saxta dərmanların satılması ilə bağlı ardıcıl yazılar gedir. Hətta dövlət səviyyəsində süni dərman balaşmasının qarşısını almaq üçün addımlar da atılır. Ölkəmizsə istehsal olunan və idxal olunan dərmanların baha olmasında günahkarlardan biri dərman işinə baxan firmalardırsa, digəri Hipokrat andını pozan həkimlərdir. Dəflərlə həkimə müraciət edən xəstələrin reseptinə ancaq bahalı firma dərmanlarının yazıldığının şahidi olmuşuq. Lakin hələ də işbazlar öz işindədir. Nədənsə süni dərman bahalaşmasını yaradan şəxslər cəzalandırılmır. Dolayısı yola xalqın qanını-canını soran, dərmanların süni qiymət artımına zəmin yaradan işbazlar neçəki layiqli cəzalarını almayıb, bahalıq davam edəcək.

Redaksiyamıza Binəqədi rayon Asəf Zeynallı 57, ünvanında yerləşən 15 saylı şəhər poliklinikası ilə bağlı ilginc məlumat daxil olub. Adı çəkilən poliklinikaya xəstə uşağını aparan valideyin inanılmaz faktlarla üzləşib.

Sentyabrın 20-də dərs vaxtı uşağın qasıq nahiyəsində baş verən küt ağrılar səbəbindən 284 saylı məktəbin tibb baçısı valideynə uşağın təcili analizlərinin verilməsini və cərrah Könül həkimin müayinəsinə aparmağı məsləhət görüb. Valideyin tibb bacısının məsləhəti əsasında uşağını təcili Binəqədi rayon 15 saylı şəhər poliklinikasın apararaq qan analizi verdikdən sonra cərrah Könül xanımın qəbuluna gedib və növbəyə dayanıb. Bir müddət dayandıqdan sonra arğılara dözə bilməyən övladını görən valideynin səbr kəsası dolub və qapını açmalı olub.

Qapını açan valideyn başqa bir mənzərə ilə qarşılaşıb və gözlərinə inanmayıb. Ağrılar içində zarıyan uşağın gözlədiyini unudan cərrah sən demə firma ilə haqhesab edirmiş. Yazdığı resepləri qarşısına tökən həkim firma işçisi ilə ona qalan qazancı hesablayır, faizini müzakirə edirmiş. 

Fakt onu göstərir ki, Hipokrat andı içən Könül xanım andından öncə alacağı qanunsuz pulları düşünür və xəstələrin həyatına biganə qaldığını, qazancını insan həyatından üstün tutduğunu sübut edir. Yəqin ki, Könül xanım kimi həkimlər Azərbaycanda az deyil və bu cür əmməllərlə onlar insanların cibinə girir, ölkəmizdə dərmanların qiymətinin həddən ziyadə baha olmasına zəmin yaradırlar. Bu isə aztəminatlı aillələrin vəziyyətini bir az da ağırlaşdırır. İnsanları hakimiyyətdən narazı salır.

Ümidvarıq ki, Səhiyə Nazirliyi və digər aidiyyatı qurumlar məsləyə biganə qalmayacaq, baş verənlər araşdırılacaq və günahkarlar lazımi cəzalarını alacaqlar.

Yazıda adı çəkilən poliklinikanın və həkimin mövqeyin dərc etməyə hazırıq.

Mövzunu diqqətdə saxlayacağıq.

Qeyd edək ki, iş saatlarında hansısa firmanın səhiyyə ocaqlarına daxil olması elə Səhiyyə Naziri tərəfindən qadağan edilib. Lakin ağ xalatlı həkimlərin sayəsində qaydalar pozulur, səhiyyə ocaqları ticarət mərkəzlərinə çevrilir. Günün günorta çağı aşkar şəkildə baş verən hadisə 15 saylı şəhər poliklinikasının baş həkimi Sadıxov Rauf İzzət oğlunun da məslədən xəbərdar olduğunu sübut edir. Güman edirik ki, xəstəxanada baş verən özbaşınalığın, xəstələrə qarşı biganəliyin arxasında elə baş həkimin özü dayanır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]