Ölkə

Biləsuvar sakinləri “Azərişıq” sədrinə müraciət etdi

23-09-2016, 23:56
Biləsuvar sakinləri “Azərişıq” sədrinə müraciət etdiBiləsuvar rayonunun Arazvari kəndində məskunlaşan Ağdamdan olan məcburi köçkün, şəhid atası Əli Hüseynov "Azərişıq” ASC-nin sədri Baba Rzayevə müraciət edib. Kənd sakinləri İltizam Zərbəliyev və İlham Zərçayev də imza atıb. Şəhid atası yazır: "Cənab sədr, 12 ildir ki, Arazvari kəndində məskunlaşmışam. Yaşadığım evdə bacım oğlu Zamin Məmmədovun adına olan işıq sayğacı Qəşəm Abduləzimov və oğlu tərəfindən oğurlanıb. Amma yerli işıq idarəsi bunu aktlaşdırmayıb. Mən bir şəhid atası kimi hər ay işıq pulunu ödəmişəm, işlətdiyim elektrik enerjisinə borcum yoxdur. Amma hal-hazırda işıqsız qalmışam”.
Şəhid atası "Azərişıq” sədrindən problemə diqqət ayırmağı xahiş edir.
Şəhid atası sayğac oğurluğu ilə bağlı ilə polisə şikayət edəcəyini deyir: "Mən fərqindəyəm ki, bunun "Azərişıq”a dəxli yoxdur. Bu məsələni hüquq-mühafizə orqanları araşdıracaq. Amma məsələ burasındadır ki, mən işıqsız qalmışam. Mıhz bu problemin həlli üçün sizin məsələyə müdaxilə etməyinizi xahiş edirəm”.
Qeyd edək ki, bundan əvvəl adıçəkilən kənd sakinləri Biləsuvarın icra başçısı Mahir Quliyevə müraciət ediblər.
Onlar baş verənlərdə yerli işıq idarəsinin rəhbərliyinin də məsuliyyət daşıdğını bildiriblər.
"Azərişıq” ASC-dən həmin müraciətə reaksiya gecikməyib. Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev qəzetimizə bildirib ki, bu məsələ qonşular arasında mübahisədir. Onun sözlərinə görə, bu sakinlər Qəşəm Abduləzimova məxsus şəxsi transformatordan enerji alıblar. Lakin sonradan həmin şəxs onlara işıq verməyib. "Yəni bu sakinləriişıq idarəsi işıqsız qoymçayıb. O transformator şəxsi mülkiyyətdir. Biz buna qarışa bilmərik. Amma onlar "Azərişıq”a müraciət edərək texniki şərt almaqla işıq problemini həll edə bilərlər”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]