Ölkə

Oktay Şirəliyev Azərbaycanı görün neçənci etdi – Nazirin gizlətdiyi REYTİNQ

15-09-2016, 00:51

Azərbaycanda hər 1800 doğuşdan biri ananın ölümü ilə nəticələnir.

Sonuncu bu cür hadisə ilə ötən gün Ağcabədi rayon Mərkəzi Xəstəxanasında doğuş zamanı 22 yaşlı ananın ölməsi olub.

AZXEBER.COM xəbər verir ki, Britaniyanın "Save the Children” xeyriyyə fondunun ən sonuncu hesabatında Azərbaycanı bir ananın doğuş zamanı ölməsi ehtimalı ən çox olan ölkələri siyahısına salıb.

Fondun illik Dünya Analıq hesabatının reytinq cədvəlində Azərbaycan 179 ölkə arasında 90-cı yerdə qərarlaşıb.

Hesabatın əsas parametrlərindən biri isə ananın doğuş zamanı ölməsi ehtimalıdır və rəqəmlərə görə, Azərbaycanda hər 1800 doğuşdan biri ananın ölümü ilə nəticələnir. Bu göstərici ilə biz MDB-də doğuş zamanı ana ölümlərinin ən çox olduğu ölkə olduğunu göstərir.

Fondun hesabatında ana ölümləri daha çox regionlarda baş verir. Bunun səbəb isə həkim səhlənkarlığı və qeyri-peşəkarlığı göstərilir.

Ekspertlərin fikrinə görə Azərbaycanın siyahıda sonuncu siyahıda qərarlaşmasımütəxəssis çatışmazlığı, həkimlərin xəstələrlə kobud davranışı, tibbi ləvazimatların sanitariya qaydalarına uyğun olmaması və korrupsiya hallarının çoxalmasıdır.

Siyahıda birinci yeri Norveç, sonuncu yeri isə Somali tutur. Ermənistan isə siyahıda 103-cü yerdə qərarlaşıb.

Oktay Şirəliyev çıxış yolu tapa bilmir

Doğuş zamanı ana və uşaq ölümlərinin çoxalması, səhiyyə sistemində baş verən özbaşınalıq və korrupsiya bataqlığı Səhiyyə Naziri Oktay Şirəliyev üçün də ciddi problemlərin yaşanmasına səbəb olub. Nazir postunun itirmə qorxusu ilə üzləşən O.Şirəliyev ciddi addımlar atmağa çalışsa da, heç bir ciddi irəliləyiş əldə edə bilmir.

Nazirlikdəki mənbənin sözlərinə görə, buna səbəb səhiyyədə artıq kök atmış korrupsiyanın sistemi tamamilə ağuşuna almasıdır. Bundan başqa dövlət xəstəxanalarındakı özbaşınalıq, ciddi qanun pozuntuları xalqda ciddi narazılıqlara səbəb olur ki, bu da Səhiyyə Nazirliyinin başına yeni birinin gətirilməsi ilə nəticələnə bilər.

 

 

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]