Ölkə

Gəncədə sosial yardım almaq çətinləşib

2-07-2016, 16:06
Gəncədə sosial yardım almaq çətinləşibXeberman.com saytına daxil olan məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ünvanlı sosial yardımın təyin olunması prosedurunu elektron xidmətə keçirdikdən sonra, müraciətçilər böyük problemlərlə üzləşiblər. Gəncə şəhər sakinləri Çimnaz Abbasova və Əminə Əliyeva Xeberman.com saytına bildiriblər ki,  Mərkəzi Poçtda və müvafiq mərkəzlərdə yerləşdirilən sənəd qəbulu məntəqələrindən dəfələrlə lazımi sənədlərini adıçəkilən nazirliyə elektron qaydada yollasalar da, hər dəfə əsassız bəhanələrlə müraciətlərinə baxılmayıb. Bildirilib ki , hansısa sənədi yenidən yollayın, yaxud başqa bir sənəd də əlavə edin və s. Bu cür bürokratik əngəllər müraciətçiləri usandırıb. 
Hər dəfə təminatı aşağı olan ailə müvafiq sənədləri toplamağa bəlli miqdarda maliyyə vəsaiti sərf edir, nazirliyin cavabı gələndən və yeni sənəd tələb olunandan sonra isə bəzi sənədlərin müddəti bitir. 
Ailə təmsilçisi yenidən əlavə vəsait tökərək sənədləri toplamağa başlayır. Nəticə isə onu göstərir ki, əvvəlki illərdən fərqli olaraq, indi Gəncə şəhərində yaşayan aztəminatlı ailələrin ünvanlı sosial yardım alması mümkünsüz hala gəlib . 

Administratorla əlaqə

077 611-55-22

[email protected]