Ölkə

Bakıda məşhur klinikada həkim doğuş zamanı qaçıb? - Açıqlama

9-06-2016, 00:03

Bir neçə gün əvvəl "Baku Medical Plaza” xəstəxanasında Önder Tulumbacı adlı həkimin doğuş əməliyyatını yarımçıq qoyub qaçması haqqında mediada məlumat yayılmışdı.

Xəstənin yaxınlarının bildirdiyinə görə iyunun 1-də xəstəxanaya daxil olan paytaxt sakini İrina Makarovanın qeysəriyyə əməliyyatı təxminən 5 saat davam edib. Bu müddət ərzində İrinanın əməliyyatı və onun vəziyyəti barədə heç bir məlumat verilməyib. Sonra məlum olub ki, həkim düzgün əməliyyatı aparmadığını anladıqdan sonra klinikadan qaçıb. Belə ki həkim əməliyyat zamanı cərrah bıçağıyla əkiz körpələrdən birinə toxunub. Uşağın üzərindəki kəsiyin uzunluğu 2 sm, dərinliyi isə 0,3 sm olub. Bu kəsik uşağın həyatı üçün ciddi risk təşkil edir. İrina Makarova əməliyyat zamanı çox qan itirib. Üç gün ərzində yaxınları və qohumları ona qan veriblər. Ancaq buna baxmayaraq qadında daxili qanaxma dayanmayıb.

AzadQadin.az -ın məlumatına görə, Qafqazinfo  sözügedən məsələ ilə bağlı klinikanın baş həkimin müavini Feyzulla Qasımovla əlaqə saxlayıb. O bildirib ki, bu cür məlumatlar klinikanın adına ləkə salmaqdan ötrü bir qrup adam tərəfindən yayılır: "İrina Makarova 1 iyun tarixində səhər saat yeddidə qeysəriyyə əməliyyatı olmaq məqsədilə klinikamıza daxil olub. Onun 5 ildir ki övladı olmayıb. 5 ildən sonra əkiz oğlan uşağı dünyaya gətirib. Əməliyyatı Öndər Tulumbacı, ginekologiya şöbəsinin müdiri Alik Qurbanov və cərrah Rəşad Cəfərov birgə həyata keçiriblər. Öndər Tulumbacı klinikamızın həkimi deyil. Ancaq o klinikamızda xəstələrə yaradılan yüksək şəraitə görüb əməliyyatları burada həyata keçirir. Əməliyyat zamanı xəstədə qanaxma baş verib. Sonra qanaxma dayandırılıb. Xəstə qan itirdiyindən hemoqlobini aşağı düşüb. Tədricən qaldırılıb.

Bu gün klinikamıza Heydər Əliyev Fondundan da nümayəndə gəlmişdi. Onlara ana və uşaqları göstərdik. Hazırda hər ikisinin vəziyyəti yaxşıdır. Bir neçə günə xəstəxanadan çıxarılacaqlar. Önder Tulumbacı da hər gün xəstəsinə baş çəkir, heç yerə qaçmayıb. Xəstəxanamızda pasiyentlərə yaradılan şərait yüksək səviyyədədir. Həkimlər də yüksək ixtisaslı kadrlardır”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]