Ölkə

Azərbaycanlı və türk döyüşçülər bayraq dəyişdirdi - VİDEO

2-11-2015, 16:12
Azərbaycanlı və türk döyüşçülər bayraq dəyişdirdi - VİDEO

Azərbaycanlı məşqçinin möhtəşəm sevinci
Serbiyanın Belqrad şəhərində kikboksinqin WAKO versiyası üzrə Dünya Çempionatı idmançılarımız üçün başa çatıb.

Döyüşçülərimiz 2 ildən bir keçirilən mötəbər turnirdən əliboş qayıtmayıb. Publika.az xəbər verir ki, bu gün Azərbaycan Kikboks Federasiyası 6 illik fasilədən sonra Elşad Ələsgərov (54kq) sayəsində WAKO versiyası üzrə dünya çempionatının qızıl medalını qazanıb.

Ümumilikdə isə idmançılarımız bu yarışdan 1 qızıl, 3 gümüş və 3 bürünc medal əldə ediblər.

WAKO üzrə dünya çempionatının finalında daha bir maraqlı hadisə yaşanıb. Çempion adı qazanan idmançımız Elşad Ələsgərov finalda qarşılaşdığı türkiyəli rəqibi Soner Şenlə bayraq dəyişdirib.

Belə ki, azərbaycanlı çempion rinqdə türk bayrağını, rəqibi isə Azərbaycan bayrağını kürəyində gəzdirib.

Medal qazanmış idmançıları təqdim edirik:
Elşad Ələsgərov- (54 kq, “K-1”) - 1-ci yer
Ehram Məcidov (+94 kq, “kiklayt”) - 2-ci yer
Ramal Aslanov – (61 kq, “loukik”) - 2-ci yer
Anar Məmmədov – (91 kq, “K-1”) - 2-ci yer
Ramiz Məmmədov – (54 kq, “loukik”) -3-cü yer
Çingiz Əhmədzadə- (51 kq, “K-1”) - 3-cü yer
Zöhrab Əzimov - (60 kq, “loukik”) - 3-cü yer

Məlumat üçün bildirək ki, Elşad Ələsgərov kikboks üzrə 2 qat dünya çempionu Elnur Əliyevin tələbəsidir.

Elşad Ələsgərov Bu il martın 14-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Heydər Əliyev kuboku uğrunda turnirdə erməni əsilli rusiyalı kikboksçu Armen Arutunovu məğlub etmişdi.
bizimyol.info


Administratorla əlaqə

077 611-55-22

[email protected]