Ölkə

Asif Əsgərov Zaqatalada 2,5 milyonluq villa tikdirir

5-06-2016, 23:51
Asif Əsgərov Zaqatalada 2,5 milyonluq villa tikdirir

Nəsiminin icra başçısı Asif Əsgərov özünə yeni villa tikdirir. Bu barədə MilliYol.Az-a Nəsimi rayon İcra Hakimiyyətindəki mənbə məlumat verib.

 


Məlumatda bildirilir ki, icra başçısı Qaz-Zaqatala yolunda dəbdəbəli villa inşa etdirir. Mənbənin sözlərinə görə, qiyməti təxminən 2-2,5 milyon manat olan villa şah saraylarını xatırladır. Olduqca dəbdəbəli görünüşə sahib imarət üçün tikinti materialları ölkə xaricindən gətirilir. 

Qeyd edək ki, Asif Əsgərov 2006-2009-cu illərdə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı işləyib. Bu müddətdə özü üçün böyük var-dövlət toplayan icra başçısının Zaqatalada bir çox obyektləri və dəbdəbəli evi var. Onun həmçinin paytaxtın və ölkənin bəzi yerlərində çox sayda evi, bir neçə villasının olması barədə məlumatlar var. Böyük biznes şəbəkəsinə sahib olan Asif Əsgərovun Bakıda dəyəri milyonlarla manat olan obyektləri fəaliyyət göstərir.

Onu da qeyd edək ki, 2009-2015-ci illərdə Səbail rayonuna başçılıq edən Asif Əsgərov prezident İlham Əliyevin 2 sentyabr 2015-ci il sərəncamı ilə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]