Ölkə

Generalın əmisi oğlu Murovda vuruldu - Foto

10-05-2016, 14:41
General Saroyan Qarabağdakı erməni qüvvələrinin korpus komandiridir.
Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlı mülki əhaliyə qarşı xüsusi qəddarlığı ilə tanınan erməni general Seyran Saroyanın əmisi oğlu təmas xəttində baş vermiş atışma zamanı ağır yaralanıb. Virtualaz.org xəbər verir ki, erməni KİV-ləri Saroyanın əmisi oğlu Artur Saroyanın təmas xəttinin Kəlbəcər istiqamətində, Murovdakı Ömər aşırımındakı postlardan birində yaralandığını bildirir. Onun vəziyyəti ağırdır. 32 yaşlı Artur Saroyan aprelin 3-də Qarabağda döyüşlərin getdiyi bir vaxtda muzdlu kimi erməni qüvvələrinin sıralarına qoşulub. Onun İrəvandakı Erebuni tibb mərkəzinə yerləşdirildiyi və süni tənəffüs aparatına qoşulduğu bildirilir. General Saroyan Qarabağdakı erməni qüvvələrinin korpus komandiridir.

 
Generalın əmisi oğlu Murovda vuruldu - Foto

Administratorla əlaqə

077 611-55-22

[email protected]