Ölkə

Fazil Mustafaya sərt sözlər ünvanlandı.

31-03-2016, 23:26
Xeberman.com xəbər verir ki, müstəqil yazar Rabil Abdinov öz facebook səhifəsində millət vəkili Fazil Mustafanı sərt şəkildə tənqid edib. Rabil Abdinovun yazısını olduğu kimi sizə təqdim edirik.
 
"FaZIL Əfəndi öz yazılarında BU TORPAĞIN SAHİBİ TÜRKLƏRDİR, AZƏRBAYCAN BÜTÜN GÖSTƏRİCİLƏRİNƏ GÖRƏ TÜRK DÖVLƏTİDİR, BİZ İMKAN VEMƏYƏCƏYİK HANSISA ETNOSLAR QIRMIZI SƏRHƏDİ KEÇSİNLƏR kimi sərsəm fikirlər irəli sürür...Mən də bu fikirlərə bir vətəndaş kimi etiraz etmişəm. Bu etirazımda öz etnik və dini mənşəyim barədə bir kəlmə də qeyd etməmişəm. Yəni mən demək istəmişəm ki bu ölkə təkcə türklərin yox, bütün digər xalqların birgə vətənidir. FaZIL isə öz fikirlərini daha da inkişaf etdirərək dolayısı yolla subut etməyə çalışır ki digər türkdilli xalqlar bu ölkənin titul xalqı olan türklərin vətənində yaşadıqlarını qəbul etməli və ancaq bu xalqın milli maraqlarını qorumalıdırlar. Onun sosial şəbəkə ststusunda məni separatimzdə, ermənilərlə əlaqədə və türklərə düşmənçilikdə ittiham etməsinə yazıların şərhlərdə onu müdafiə edən istifadəçilər açıq-aydın bildirirlər ki bu fikri qəbul etməyənlər bu ölkədən çıxmalı və ya həbs olunmalıdr. FaZIL da bu fikrləri LİKE edib. Hüquq-mühafizə orqanlarını da bu fikirləri irəli sürənləri həbs etməyə və dövləti də bu cür düşünən insanları diskriminasiya etməyə çağırır. Təkcə bunu parlamentə buraxılan FaZIL etsəydi buna dözmək olardı. Bunu iqtidarmeyilli və hətta ona qarşı olan ana müxalifət düşərgəsinin nümayəndələri də edirlər. Onlardan biri də parlamentdən çıxarılan Gültəkin xatundur...Ən əsası isə milli diskriminasiya msələsində bir-birinə düşmən olan siyasi qüvvələr belə əməkdaşlıq edə bilirlər. Milli Şuraya düşmənçilik edən FaZILa elə o şuranın qatı tərfdarı maderator.az və bizimyol kimi saytlar da dəstək verirlər. Lakin bizim yazdığımız məqalələri heç bir sayt vermir. Hətta dini və talış saytları da bundan imtina edirlər. FaZILın dini və siyasi fikirlərinə düşmən olanlar belə bu msələdə ən yaxşı halda neytral qalırlar. Hətta dolayısı ilə dəstəkləyənlər də var. Bir sözlə hamı qorxur və ya bizim milli qürurumuzun alçaldılmasına razıdır. Yaxşı ki sosial şəbəkələr var.
Müstəqilliyin ilk illərində biz talışlar başda olmaqla Azərbaycanı türkiyənin forposyuna çevirmək istəyənlərin qulağından tutub düz Kələkiyə və Ankaraya qədər qovduq. Hansıki o zaman əllərində top və tüfəng var idi. İndi hakimiyyət tərəfindən sındırılan bu insanlar bizə qırmızı xətti nişan verirlər.
FaZIL kimilər mənim Azərbaycanda yaşaya-yaşaya və məktəbdə müəllim işləyə-işləyə günün günorta vaxtı onun deputat toxunuzmazlığınından çəkinmədən öz milli qürurunu müdafiə etməyi dözülməz gəlir. 
Azərbaycan tarixinin akademik nəşrinin birinci cildində Azərbaycan sözünün Atropatena sözündən yarandığı və bu qədim dövlətdə danışanların dilinin müasir talış diliniin əsasında qaldığı qeyd olunub. Ölkənin talışlar tərəfindən yazılmayan rəsmi tarixi Atropatenanaın varisi olan Azərbaycan dövlətinin qədim xalqının talışların əcdadı olması sübut olunur. Məgər mən bir talış olaraq bu ölkəni öz vətnim sayıramsa burda qəbahət nədir? Burda türklərə qarşı bir düşmənçilik ola bilər? Əgər türk də bunu öz dövləti sayırsa burda da bir qəbahət yoxdur. Yəni bu o deməkdir ki bu dövlət dil və genetik mənşə baxımından bizim hamımızın vətəndir.
Ölkəmizin konstitusiyasında, dövlət rəmzləri haqqında qanunlarda və sair qanunvericilik aktlarımızda bu dövlətin Azərbaycan xalqına məxsusluğu xüsusi vurğulanır. Heç yerə rəsmən bu dövlətin türk dövləti olması vurğulanmır. Hətta bayraqdakı mavi rəngin türkçülüyə dəlalət etməsi barəsində belə rəsmi heç bir sənəd yoxdur. BMT, AŞ, Rusiya bayraqlarındakı mavi rəngin mənası bütün dünyaya aydındır. Qonşuluqda yaşayan rusların, farsların, gürcülərin, ermənilərin hər hansı milli mənşəyini göstərən bir rəng çaları varmı? Dünyanın fransız, ingilis və alman kimi böyük xalqlarının rəmz olaraq istifadə etdiyi bir rəng varmı?
FaZIL öz fətullahçı təfəkkürü ilə bu ölkəni də Türkiyə günüə salmaq istəyir. Çünki bu ölkənin konstitusiyasında ölkə vətəndaşlarının qeydsiz-şərtsiz bütövlükdə türk olması mvə cinayət qanunvericiliyində türklərə təhqirə görə xüsusi maddə var. Ona görə bu ölkədə sünni-ələvi, türk-kürd problemi səngimir. Günümüzdə belə bu ölkədə xalqlar arasında münaqişə pik həddinə çatıb. Artıq insanlar bir-birilərini milli mənşəyə görə terror edirlər. 
Lakin biz FaZIL kimilərə imkan verə bilmərik ki ölkəmizi o hala salsınılar. Necə ki onların hakimiyyətinə 1 il də imkan vermədik.
Bu ölkədə bu xəstə millətçilərin kabusu dolaşmaqdadır. Ölkənin ali vəzifəli şəxsləri belə öz kürd, tat və talış mənşəyini gizlətməyə məcburdular. Hətta prezident aparatında, nazirlər kabinetində, nazirliklərdə və parlamentə oturanlar belə öz milli mənşəyini danırlar. Əgər nazir, deputat belə öz millətinin adını çəkə bilmirsə bu onu göstərir ki bu cür şovonistlərə bu xalqın terkdilli əhalisi belə yox deməyə borcludur. Dostcasına məzhəbi və milli mənşəyimizə baxmayaraq asudə yaşadığımız bu ölkəni Ukrayna, Türkiyə və ərəb ölkələrinin gününə qoymamalıyıq...
Bu ölkənin milli və dini münaqişəyə cəlb edən FaZIL kimilərin qarşısını ilk növbədə bu ölkənin titul xalqı türklər və ölkənin hakimiyyəti almalıdır."
 
Qarşı tərəfin də fikrini dərc etməyə hazırıq. 
Fazil Mustafaya sərt sözlər ünvanlandı.
Fazil Mustafaya sərt sözlər ünvanlandı.

Administratorla əlaqə

077 611-55-22

[email protected]