Ölkə

Prezident Sumqayıta 3.7 milyon AZN ayırdı - LİFTLƏRİMİZ DÜZƏLƏCƏK

13-10-2015, 19:52
Sərəncamda qeyd edilir ki, son illərdə Sumqayıt şəhərində çoxmənzilli binaların sakinlərinin yaşayış şəraitinin yaxşılaşdırılması, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib, o cümlədən lift təsərrüfatının yenidən qurulması sahəsində müəyyən işlər görülüb.
Sərəncam bu istiqamətdə tədbirlərin davam etdirilməsinin vacibliyi və əhalinin müraciətləri nəzərə alınaraq, Sumqayıt şəhərində lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, dövlət mənzil fonduna aid olan çoxmənzilli binalarda istismara yararsız daha 76 liftin yeniləri ilə əvəz edilməsi məqsədi ilə imzalanıb.
Sərəncama əsasən, Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,7 milyon (üç milyon yeddi yüz min) manat ayrılacaq.
Bu məbləğin maliyyələşdirilməsi Maliyyə Nazirliyinə həvalə edilib.

yenisumqayit.az

Administratorla əlaqə

077 611-55-22

[email protected]