Ölkə

Bərdə icra başçısı camaatın pulunu dələduzluq yolu ilə yeyir. Oxuyun aldanmayın. (Şikayət)

12-03-2016, 13:12

Xeberman.com saytına Bərdə sakini Cəfərov Elgiz Əvəz oğlundan şikayət daxil olub. Şikayətin mətnini sizə təqdim edirik. "Bərdə rayon icra hakimiyyəti başcısı Vidadi İsayev vəzifəyə gəldiyi gündən öz qohum əqrabalarını başına toplayıb, yerli əhalini incidərək şəhərdən uzaqlaşdırır. Mən Cəfərov Elgiz Əvəz oğlu bir neçə il bundan əvvəl Bərdədə indiki icra başcısı Vidadi İsayev vəzifəyə gələndə, şəhərin quruculuq və abadlıq işlərində ustalara ehtiyac olduğunu bildirdi. Mən də Bakıda mənimlə işləyən işçi biriqadasını yığıb 43 nəfərlə öz doğma rayonum olan Bərdəyə getdim. Getdiyimiz gün başçının bacanağı olan Mahmud adlı şəxs bizi qarşıladı. Elə həmin gündən də görüləcək işlərlə bizi tanış etdi. Şəhərin yol kənarı hasarların, mağaza dükanların, idarə binalarının üz fasad daşlarını yenilənməsi işlərin bizə tapşırdı. İşin qiymətində danışıb razılaşdıq, və bizi tənbehlədiki burda kimdənse pul istəməyəcəksiniz, bütün işlərin hesabatın icrada işləyən Vüqar adlı vəzifəli şəxsə verirsiniz və pulunuda məndən tələb edirsiniz dedi. İlk günlərdə hər şey normal idi. Ustaların pula ehtiyacı olduqca Mahmud müəllimə deyirdik, oda anında pulları verirdi. Müəyyən vaxtdan sonra bizi incitməyə başladılar. İşlər yekunlaşdıqca pullarda da ləngimələr oldu. Bizə tapşırılan bütün işləri bitirdik. Hansı obyektden nə qədər pulumuz qaldığı siyahısını götürüb getdim icra hakimiyyəti başcısı Vidadi İsayevin qəbuluna, 5300 manat alacaq olan siyahını ona təqdim etdim. Oda siyahını götürüb dedi. Narahat olma düşək aşağı gedək Mahmud müəllimi çağırıb siyahını verəcəm ona getsin bütün pulları toplasın versin.Getdik şəhər parkına orda zəng edib Mahmud müəllimi çağırtdı, mən biraz kənarda idim, bunlara yaxınlaşmaq istəyəndə başçının müavini olan Vidadi İmanquliyev qarşımı kəsdi və baçıya yaxınlaşmamağımı istədi. Mən də dedim ki başçı özü çağırıb ki pulumu alsın versin. Mənə sərt şəkildə "əgər burdan uzaqlaşmasan səni içəri soxduracam, alacağın pulun üstünüdə 5300 qoyub polisdən özünü qurtarasan dedi. Çıx get sabah məni tap mən kömək edəcəm. Məndə ordan uzaqlaşdım, Ertəsi gün müavin Vidadini tapdım, o puldan cəmi 800 manat mənə pul verdi və Bərdəni tərk etməyimi dedi, əks halda məni tutduracaqlarını bildirdi. Ordan uzaqlaşdım, ustalar haqların tələb etməyə başladılar, mən də məcburən faizə pul verənlərdən 6 min dollar alıb ustalara verəcəklərimi ödədim, ustalar onları Bərdəyə mənim apardığım üçün cavabdehdə məni bildilər. O gündən sonra Bərdədən uzaqlaşdım gəlib Bakıda işləyib borcumu qaytarmağa çalışdım, ancaq o pulun üstünün faizini qaytara bildim müəyyən vaxda qədər. Əsas məbləğ olan 6000 dollar qalırdı, faizi dollarla götürmüşdüm, o vaxtda dolların kursu 78 idi, sonralar bəzi ayları verə bilmədim o pul qalxıb 8000 dollar oldu, məndə məcburən keçən ilin yayında ata evimizi satdırıb o borcu bağladım. Bu arada keçən 5 ilə yaxın vaxtda nə qədər cəhd etdimsədə icra başcısın qəbuluna düşə bilmədim. Öz doğma elimə qorxa qorxa gedib gəlirdim. Axır məcbur olub rayonumuzun millət vəkili olan Zahid Oruc müəllimə dərdimi danışdım, oda əlindən gələni edəcəyin bildirdi və mənim Vidadi İsayevlə görüşməmə köməklik etdi. Bu ilin yanvar ayının 10-u Bərdədə icra hakimiyyəti binasına girmək, başçıyla görüşmək mənə qismət oldu. Zahid müəllimin şahidliyi ilə icra başçısıyla görüşdük. Hər şeyi olduğu kimi təkrarladım. Vidadi İsayevin verdiyi cavab o olduki bunları Mahmud deyilən adam işlədib, gedin Mahmudu verin məhkəməyə pulunuzu alın. Qayıdıb gəldik Bakıya Zahid müəllim zəng etdi başcının bacanağı olan Mahmuda, mənimlə görüşüb dərdimi dinləməyini istədi. Mahmud müəllim mənə zəng etdi Bakıda parkların birində görüşdük. Mən ondan haqqımı tələb etdim. Oda hansı ki biz işlədiyimiz obyektlərki var, o obyektlərdən pul ala bilmədiklərin, və o işləri icra başcısı Vidadi isayevin tapşırığı ilə etdirdiyin bildirdi. Və qeyd etdi ki əslində o işlərin pulun dövlət büdcəsindən ayrılsada, Vidadi İsayev o pulları həmin obyekt sahiblərinin və idarə müdirlərinin (İşıq idarəsinin müdiüri, musiqi və mədəniyyət evinin müdiri) ödəyəcəyini bildirib, daha sonra da o idarə müdirlərin işdən qovub yerinə öz qohumların qoyduğu üçün ortada batan biz ustaların pulları olub.

İndi çarəsiz durumdayam, haqqımı kimdən alacağımı bilmirəm. Mənə yardım edin haqqımı ala bilim. Bunu xahiş edirəm paylaşın ki yuxarı rütbəli məmurlara yetişsin. Bəlkə haqqımı ala bildim.”

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Bərdə icra başçısı camaatın pulunu dələduzluq yolu ilə yeyir. Oxuyun aldanmayın. (Şikayət)

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]