Ölkə

İCRA BAŞÇISI İLƏ BACANAĞININ İŞ BİRLİYİ - BƏRDƏ SAKİNLƏRİ RAYONU NİYƏ TƏRK EDİR?

8-03-2016, 01:09
İCRA BAŞÇISI İLƏ BACANAĞININ İŞ BİRLİYİ - BƏRDƏ SAKİNLƏRİ RAYONU NİYƏ TƏRK EDİR?"Bərdə rayon İcra Hakimiyyəti başcısı Vidadi İsayev vəzifəyə gəldiyi gündən öz qohum-əqrabaların başına toplayıb, yerli əhalini incidərək rayondan uzaqlaşdırır” 

Bu sözləri Bərdə sakini Cəfərov Elgiz Əvəz oglu bildirib. Onun sözlərini olduğu kimi təqdim edirik: "Bərdəyə indiki icra başcısı Vidadi isayev vəzifəyə gələndə, şəhərin quruculuq və abadlış işlərində ustalara ehtiyac olduğun bildirdi. Mən də Bakıda mənimlə işləyən işci biriqadasını yığıb, 43 nəfərlə öz doğma rayonum olan Bərdəyə getdim. Getdiyimiz gün başcının bacanağı olan Mahmud adlı şəxs bizi qarşıladı. Elə həmən gündən də görüləcək işlərlə bizi tanış etdi, şəhərin yol kənarı hasarların, mağaza, idarə binalarının üz fasad daşlarını yenilənməsi işlərini bizə tapşırdı. İşin qiymətində danışıb razılaşdıq və bizi tənbehlədi ki, burda kimdənsə pul istəməyəcəksiniz, bütün işlərin hesabatını icrada işləyən Vüqar adlı vəzifəli şəxsə verirsiz və "pulunu da məndən tələb edirsiz”, - dedi. İlk günlərdə hər şey normal idi, ustaların pula ehtiyacı olduqca Mahmud məllimə deyirdik, o da anında pulları verirdi. Müəyyən vaxtdan sonra bizi incitməyə başladılar. İşlər yekunlaşdıqca pullarda da ləngimələr oldu. Bizə tapşırılan bütün işləri bitirdik, hansı obyektdən nə qədər pulumuzun qalması barədə siyahını götürüb getdim icra başcısı Vidadi İsayevin qəbuluna, 5300 manat alacaq olan siyahını ona təqdim etdim. O da siyahını götürüb ded ki, narahat olma, Mahmud məllimi çağırıb siyahını verəcəm ona, getsin bütün pulları toplasın, versin. Getdik şəhər parkına, orda zəng edib Mahmud məllimi çağırtdı, mən bir az kənarda idim, bunlara yaxınlaşmaq istəyəndə isə başcının o zaman muavini olan Vidadi İmanquluyev qarşımı kəsdi. O, başcıya yaxınlaşmamağımı istədi, mən də dedim ki, başcı özü çağırıb ki, pulumu alıb, versin. Mənə sərt şəkildə "əgər burdan uzaqlaşmasan səni "içəri "soxduracam”, alacağın pulun üstündə də 5300 qoyub polisdən özünü qurtararsan” dedi. Çıx get, sabah məni tap, kömək edəcəm. Mən də ordan uzaqlaşdım, sabahısı gün müavin Vidadini tapdım, o puldan cəmi 800 manat mənə pul verdi və Bərdəni tərk etməyimi dedi, əks halda məni tutduracaqların bildirdi. Ordan uzaqlaşdım, ustalar haqlarını tələb etməyə başladılar, mən də məcburən faizə pul verənlərdən 6 min dollar alıb ustalara verəcəklərimi ödədim. Ustalar onları Bərdəyə mənim apardığım üçün cavabdeh də məni bildilər. O gündən sonra Bərdədən uzaqlaşdım. Gəlib Bakıda işləyib, borcumu qaytarmağa çalışdım, ancaq o pulun üstünün faizini qaytara bildim, müəyyən vaxda qədər. Əsas məbləğ olan 6000 dollar qalırdı, faizi dollarla götürmüşdüm, o vaxt dolların kursu manata nisbətdə 0,78 idi, sonralar bəzi ayları verə bilmədim. O pul qalxıb 8000 dollar oldu, mən də məcburən keçən ilin yayında ata evimizi satdırıb, o borcu bağladım... Bu arada keçən 5 ilə yaxın vaxtda nə qədər cəhd etdimsə, icra başcısın qəbuluna düşə bilmədim. Öz doğma elimə qorxa qorxa-qorxa gedib gəlirdim. Axıdar məcbur olub rayonumuzun millət vəkili olan Zahid Oruca dərdimi danışdım, o da əlindən gələni edəcəyin bildirdi. Və mənim Vidadi İsayevlə görüşməmə köməklik etdi, bu ilin yanvar ayının 10-da Bərdədə icra hakimiyyəti binasına girmək, başçıyla görüşmək mənə qismət oldu. Zahid müəllimin şahidliyi ilə icra başcısıyla görüşdük, hər şeyi olduğu kimi təkrarladım. Vidadi İsayevin verdiyi cavab o oldu ki, bunları Mahmud deyilən adam işlədib, gedin Mahmudu verin, məhkəməyə pulunuzu alın. Qayıdıb gəldik Bakıya. Zahid məllim zəng etdi başçının bacanağı olan Mahmuda. Mənimlə görüşüb dərdimi dinləməyini istədi. Bundan sonra Mahmud müəllim mənə zəng etdi, Bakıda parkların birində görüşdük. Mən ondan haqqımı tələb etdim. O da biz işlədiyimiz obyektlərdən pul ala bilmədiklərini və o işləri icra başcısı Vidadi İsayevin tapşırığı ilə etdirdiyin bildirdi. Və qeyd etdi ki, əslində, o işlər üçün pul dövlət büdcəsindən ayrılsa da, Vidadi İsayev o pulları həmin obyekt sahiblərinin və idarə müdirlərinin ödəyəcəyini bildirib. Daha sonra o idarə müdirlərini işdən qovub, yerinə öz qohumların qoyduğu üçün ortada batan biz ustaların pulları olub. İndi çarəsiz durumdayam, haqqımı kimdən alacağımı bilmirəm”. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]