Ölkə

Qax rayonunu sel suları basıb: Ciddi ziyan dəyib

6-05-2017, 16:01

Leysan nəticəsində Qaxın iki kəndini sel suları basıb, təsərrüfatlara ciddi ziyan dəyib.

Xeberman.com APA-ya istinadən xəbər verir ki, son günlər ölkənin şimal-qərb bölgəsinin rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür, fasilələrlə qısamüddətli yağış yağır, yüksək dağlıq ərazilərə və dağ ətəyi yaşayış məntəqələrinə isə dolu düşüb.

Mayın 5-də axşam saatlarından bölgədə yenidən yağış yağmağa başlayıb, bəzi ərazilərdə yağış leysanla müşahidə olunub. Mayın 5-dən 6-a keçən gecə Qax rayonun Cüdüllü və Marsan kəndlərinin inzibati ərazilərinə, yaxınlıqdakı dağ ətəyi ərazilərə leysan yağıb. Nəticədə sel suları Cüdüllü və Marsan kəndlərində fərdi yaşayış evlərin zirzəmilərinə və həyətyanı sahələrə dolub.

Kənd sakinlərinin şəxsi təsərrüfatlarına ciddi ziyan dəyib, bir çox sakinlərin ev quşları sel suları altında qalaraq tələf olub. Kənd daxili yollar sel suları altında qalıb, bir sıra yerlərdə sel suları daşdan olan hasarları uçurub. Hazırda Qax rayon Fövqəladə Hallar Komissiyasının əməkdaşları kəndlərdə dəymiş ziyanın aradan qaldırılması istiqamətində iş aparır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]