Ölkə

Sosial mənzillərə qeydiyyat başlayır - Video

29-04-2017, 22:54
Sosial mənzillərə qeydiyyat başlayır - Video
Güzəştli mənzillərin əldə edilməsi üçün tələb olunan sənədlərin siyahısı dünən elan olunub. Sənədlərinin qəbuluna elektron sisteminin əsasnaməsi təsdiq olunduqdan sonra başlanılacaq.

Xəzər xəbər-in məlumatına görə, sənədlərin qəbuluna sayılı günlər qalıb. Bunun üçün güzəştli mənzil elektron sisteminin əsasnaməsi təsdiq edilməlidir. Vətəndaşlar sosial mənzilləri əldə etmək hüquqlarının olub-olmamasını qısa müddətdə öyrənə biləcəklər.

Vətəndaşların elektron müraciətlərini daha da asanlaşdırmaq üçün bir sıra əlavə tədbirlər görüləcək.

Güzəştli mənzil elektron sisteminə edilən müraciətlərə ardıcıllıqla baxılıb cavab veriləcək. Amma mənzil seçimi zamanı hər kəsə bərabar hüquq veriləcək

Elektron müraciətin nə zaman başlanacağı yaxın günlərdə elan ediləcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]