Ölkə

Əli Nağıyevin sifarişi ilə Kərəm Həsənovu birləşdirən ŞOK MƏQAM

22-11-2016, 00:52
Əli Nağıyevin sifarişi ilə Kərəm Həsənovu birləşdirən ŞOK MƏQAM

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun hansı generalı bitirmək istədiyi barədə məlumat vermişdik.

Yada salaq ki, bu faktı iş adamı Nəsimi Sadıqov Eldar Mahmudovun sağ əli hesab edilən, "Akula Akif” kimi tanınan Akif Mustafayev və onun yaxın adamı Aydəm İsmayılov tərəfindən əmlakının alınması barədə danışarkən açmışdı. O, bildirmişdi ki, Akif Mustafayev və Aydəm İsmayılovla görüşərkən onların Azərbaycanın generallarından birini bitirmək planı barədə danışdıqlarının şahidi olub. Nəsimi Sadıqovun sözlərindən aydın olur ki, kimsə Aydəm İsmayilov vasitəsilə Akif Mustafayevə 4 milyon 400 min manat verərərək generallardan birinin həbs olunmasını istəyib. O, Akif Mustafayevlə bu barədə danışarkən məsələnin nə yerdə olduğunu soruşub və sifarişçinin narazılığını dilə gətirib. Akif Mustafayev də Eldar Mahmudovun artıq həmin generalı işdən çıxartdığını və yaxın günlərdə həbs olunacağını bildirib. Akif Mustafayev məsələnin uzanmasını bitirilməsi planlaşdıran generalın prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubov tərəfindən himayə olunması ilə izah edib.

24saat.org-un araşdırmaları nəticəsində həmin şəxsin milli təhlükəsizlik nazirinin keçmiş müavini, hazırda Korrupsiyaya Qarşı Mübarizə İdarəsində rəis müavini postunu tutan Əli Nağıyevin olduğu ortaya çıxıb.

24saat.org araşdırmalarını davam etdirərək Əli Nağıyevin bitirilməsini Eldar Mahmudova sifariş edənin də kimliyini üzə çıxarmağa çalışıb və ortaya maraqlı iddialar çıxıb. Həmin iddialara görə, bu, Əmlak Məsələləri üzrə Dövlət komitəsinin sədri Kərəm Həsənov ola bilər. Kərəm Həsənovun Eldar Mahmudovla yaxınlığı artıq sirr deyil. "MTN işi” ilə bağlı mediada gedən yazılarda Kərəm Həsənovun da Eldar Mahmudovla işbirliyində olması barədə iddialar yer alıb və qarşı tərəf hələ ki, deyilənləri təkzib etməyib.

Kərəm Həsənov Əli Nağıyevi niyə bitirmək istəsin?

Bir neçə il əvvəl mediada dərc edilən məlumatlarda bildirilirdi ki, Kərəm Həsənov "Azinko” şirkətini Hacı Zakir adlı şəxs, Əli Nağıyevin qardaşı Vəli Nağıyevin şərikliyi ilə yaradıb. Şirkətə Hacı Zakir, Vəli Nağıyev və Kərəm Həsənovun qardaşı Malik Həsənov rəhbərlik edirmiş. Bir müddət sonra Hacı Zakir müəmmalı şəkildə dünyasını dəyişib. Az sonra Vəli Nağıyev naməlum səbəblərdən şirkətdən uzaqlaşdırılıb.

Beləliklə, "Azinko” tam olaraq Kərəm Həsənovun nəzarətinə keçib. Güman edilir ki, bundan sonra Kərəm Həsənovla Əli Nağıyev arasında ziddiyyət yaranıb. Komitə sədri generalın peşəkar çekist olduğunu düşünərək qanunsuz əməllərinin ifşa olunacağından ehtiyat edib, yaxud onunla Eldar Mahmudovun işbirliyinə təhlükə olduğunu düşünüb və generalı bitirmək qərarına gəlib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]