Media

İTV-də iki nəfər vəzifədən azad edildi, yeni təyinatlar oldu –SİYAHI

30-08-2016, 00:28

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının növbəti iclası keçirilib. 

Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, "Çarçıfilm” yaradıcılıq birliyinin direktoru Hikmət Yaqubov və "Səhər” proqramları departamentinin direktoru Elnur Kələntərli başqa işə keçmələri ilə əlaqədar vəzifələrindən azad olunublar. 

Yayım Şurasının iclasında informasiya departamentinin direktoru vəzifəsinəTelman Nəzərli, "Carçıfilm” yaradıcılıq birliyinin direktoru vəzifəsinə Rauf Rəcəbov və "Səhər” proqramları departamentinin direktoru vəzifəsinə Rəşad Mehdilinin təyinatı təsdiqlənib. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]