Mədəniyyət

Mohombi:Azərbaycanla, xüsusilə Bakıyla çox maraqlanıram

6-09-2016, 01:13

Mohombi:Azərbaycanla, xüsusilə Bakıyla çox maraqlanıramÖtən gün dünyanın məşhur isveçli müğənnisi Mohombi meneceri Don Vizi ilə İstanbula gəlib. Türkiyədə qarşılayan dostları təəssüratlarını azərbaycanlı jurnalist Fuad Mədətovla bölüşüblər:

Mohombi İstanbulda  Türk jurnalistlərin suallarını cavablandırıb. Sualları cavablandırmaq da restoranın sahibi Tarkan Artım da dəstək olub.

Müğənni Türkiyədə 15 iyul-dövlət çevrilişinə cəhd ilə bağlı Türk dostlarına dəstək və Türkiyənin təhlükəsiz olduğunu deyib. Türkiyənin təhlükəsizliyini dünyaya sübut etmək üçün bura gəldiyini söyləyib.

Mohombinin ən çox diqqətini çəkən hər küçədə gördüyü "Biz millətiz” şüarı yazılan plakatlar olub. O, bu şüarı müsahibə zamanı "Biz millətiz” deyə səslənib.

İstanbulda 3 gün qalacağını deyən Mohombi, Türk jurnalistlərə müsahibəsi zamanı Azərbaycana, Bakıya gəlmək və burada konsert proqramıyla çıxış etmək istədiyini də vurğulayıb. Müğənni Azərbaycanla, xüsusilə Bakıyla çox maraqlanır.”

Məlumat üçün qeyd edək ki, Mohombi "R&B” və pop janrında mahnıların ifaçısı kimi tanınır.

 

Mohombi:Azərbaycanla, xüsusilə Bakıyla çox maraqlanıram
Mohombi:Azərbaycanla, xüsusilə Bakıyla çox maraqlanıram
Mohombi:Azərbaycanla, xüsusilə Bakıyla çox maraqlanıram

Administratorla əlaqə

077 611-55-22

[email protected]