Maraqlı / Texnologiya

Azercell, yoxsa Bakcell: Müştərinin qənimi operatorlar

2-03-2018, 02:26
Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2018-ci ilin fevral ayı üzrə analiz işini yekunlaşdırıb.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Media Təqib Mərkəzi mobil operatorlarla ilə bağlı fevral ayı üzrə məlumatları təqdim edir.

2018-ci ilin fevral ayında elektron mətbuatda, yəni sayt və portallarda mobil operatorlarla əlaqəli 1194 xəbər yerləşdirilib. Bunlardan 1136-sı neytral, 52-si müsbət,6-sı isə isə mənfi xəbərdir.

Müsbət xəbərlər arasında “liderlər”: Nar Mobile (51 xəbər – ‘NAR’ ilin mobil operatoru mükafatına layiq görüldü), AzerCELL (1 xəbər – AzerCELL sertifikata layiq görüldü).

Mənfi xəbərlər arasında “liderlər”: BakCELL (4 xəbər – ‘‘BAKCELL LTD’’ vətəndaşı təhqirdən betər etdi? müştərisini ələ salır…?), AzerCELL (2 xəbər – AZERCELL ınsanları necə soyur?).

Xəbər sayına görə sıralama:

1 AzerCELL 530 xəbər
2 BakCELL 315 xəbər
3 Nar Mobile 347 xəbər
4 NaxTel 2 xəbər
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 217 xəbər dərc edilib. bunlardan 209-u neytral,7-si müsbət,1-i isə mənfi xəbərdir.

Müsbət xəbərlər arasında liderler : Nar Mobile (5 xəbər-“NAR” “ilin mobil operatoru” mükafatına layiq görüldü),AzerCELL (2 xəbər-“AZERCELL” daha bir uğura imza atıb).

Xəbər sayına görə sıralama:

1 AzerCELL 124 xəbər
2 BakCELL 53 xəbər
3 Nar Mobile 39 xəbər
4 NaxTel 1 xəbər
Fevral ayında televiziya kanallarında mobil operatorlar haqqında 17 xəbər göstərilib.

1 AzerCELL 17 xəbər

Administratorla əlaqə

077 611-55-22

[email protected]