Layihə

Həştərxanda Heydər Əliyev adına məktəbdə mükafatlar təqdim olunub.

20-02-2016, 23:56

 

Həştərxanda Heydər Əliyev adına məktəbdə mükafatlar təqdim olunub.20 fevral 2016-cı il tarixində Həştərxan şəhərində yerləşən 11N-li Heydər Əliyev adına məktəbdə Heydər Əliyev Fondu tərəfindən məktəbin təhsil və idmanda fərqlənən şagirdlərə və ən yaxşı müəllimlərə artıq beşinci ildir ki, ənənəyə çevrilmiş mükafatların təntənəli təqdim olunması mərasimi keçirilib.

Xeberman.com saytının verdiy məlumata görə, tədbirdə "Həştərxan Şəhər” administrasiyasının rəhbəri Oleq Polumordvinov, Beynəlxalq və Xarici İqtisadi Əlaqələr naziri Denis Afanasyev, "Həştərxan Şəhər”-in təhsil və elm idarəsinin rəhbəri İnessa Qorina, ÜAK Həştərxan bölməsinin sədri, Ədalət Hüseynov, Azərbaycan diasporasının nümayəndələri, şagird və valideynlər iştirak ediblər.

Həştərxanda Heydər Əliyev adına məktəbdə mükafatlar təqdim olunub.D.Afanasyev tədbirdə çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikası və Həştərxan vilayəti arasında qarşılıqlı əməkdaşlıq davam edir, gələcəkdə bir çox sosial-iqtisadi layihələrin icrası nəzərdə tutulub.

O.Polumordvinov isə vurğulamışdır ki, Heydər Əliyev adına məktəb Rusiya və Azərbaycan Respublikası arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və inkişafına istiqamətlənmiş məhsuldar fəaliyyətin parlaq nümunəsidir.

İnessa Qorina Ədalət Hüseynova Həştərxan şəhərinin təhsil sisteminin inkişafında göstərdiyi xidmətlərə görə Həştərxanda Heydər Əliyev adına məktəbdə mükafatlar təqdim olunub.təşəkkürnamə təqdim etmişdir.

Ədalət Hüseynov Heydər Əliyev Fondu adından məktəbin şagird və müəllimlərinə mükafatlar, məktəbin direktoru Tatyana Tixomirova və direktor müavini Larisa Boqdyuka qiymətli hədiyyələr, ÜAK-in təşkil etdiyi tədbirlərdə fəal iştirakına görə məktəbin müəllimləri Tatyana Klinkova və Svetlana Kirovaya təşəkkürnamələr təqdim etmişdir.

Tədbirin sonunda məktəbin "Kazaçok” ansamblı tədbir iştirakçılarını təbrik etmiş və «Широка страна моя родная!» mahnısını ifa etmişdir.

 

Həştərxanda Heydər Əliyev adına məktəbdə mükafatlar təqdim olunub.
Həştərxanda Heydər Əliyev adına məktəbdə mükafatlar təqdim olunub.
Həştərxanda Heydər Əliyev adına məktəbdə mükafatlar təqdim olunub.
Həştərxanda Heydər Əliyev adına məktəbdə mükafatlar təqdim olunub.
Həştərxanda Heydər Əliyev adına məktəbdə mükafatlar təqdim olunub.
Həştərxanda Heydər Əliyev adına məktəbdə mükafatlar təqdim olunub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]