Kriminal

Bakıda ŞOK OLAY: vəzifəli şəxs iş yerində yandı

9-06-2016, 23:21

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. 

Bakıda vəzifəli şəxsin xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib. Paytaxtın Nəsimi rayonu ərazisində, Bakı Beynəlxalq Dəniz Limanında idarənin şöbə müdiri Fəxrəddin Səmədov yanıq xəsarətləri alıb.

İdarənin Nəqliyyat Şöbəsinin müdiri F.Səmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Vəzifəli şəxsin hansı şəraitdə və hansı səbəbdən yanıq xəsarətləri alması bəlli deyil. Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Qeyd edək ki, Bakı Beynəlxalq Dəniz Limanının Nəqliyyat Şöbəsi digər şöbələrdən fərqli olaraq limanın özündə yerləşir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]