Kriminal

Bakıda bir gecədə 5 ev yandı - YENİLƏNİB

11-02-2016, 14:18
Bakıda bir gecədə 5 ev yandı - YENİLƏNİB

Bakının Binəqədi rayonunda 5 evin yanması barədə yeni məlumat yayıb.

Xeberman.com-un FHN-in saytına istinadən verdiyi məlumata görə, Binəqədi rayonunda ümumi sahəsi 490 kv.m olan birmərtəbəli 5 fərdi yaşayış evinin yanar konstruksiyaları 452 kv.m sahədə yanıb.

Evlərin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub. 

Yanğın saat 09:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

11:33

Bu gün Bakı şəhəri, Binəqədi rayonunda güclü yanğın olub.

Xeberman.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayon ərazisində yerləşən 5 ədəd fərdi yaşayış evində yanğın baş verib. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının qüvvələri cəlb olunub.

Yanğın saat 09:10-da söndürülüb. Əlavə məlumat veriləcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]