Kriminal

Tovuzda ana və övladı doğuş zamanı ölüb

9-01-2016, 12:58
Tovuzda ana və övladı doğuş zamanı ölüb. 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Qovlar şəhər sakini 21 yaşlı Lalə Abbasova 3 gün əvvəl doğuş üçün Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
 
Əməliyyat edilən ananın övladı ölü doğulub. Əməliyyatdan 3 gün sonra isə ana dünyasını dəyişib.
 
L. Abbasova sonuncu doğuşa kimi 2 qız övladı dünyaya gətirib.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]