Kriminal

Bakıda mağazalardan oğurluq edən qadın saxlanılıb

31-12-2015, 10:31

O, 28 May” metro stansiyasının yaxınlığındakı yeraltı keçiddə yerləşən mağazalardan geyim əşyaları oğurlayıb

 

Bakıda mağazalardan geyim əşyaları oğurlayan qadın saxlanılıb. "Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 30-da Bakı şəhər sakinləri Vaqif Əkbərli və Gülşən Əliyevaya məxsus, metronun "28 May” stansiyasının yaxınlığındakı yeraltı keçiddə yerləşən mağazalardan geyim əşyaları oğurlamış paytaxt sakini Aniya Səfərova saxlanılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]