Kriminal

Avtoritet həbsdə yoxa çıxdı

7-02-2017, 01:25
Avtoritet həbsdə yoxa çıxdı
Axar.az Rusiya mediasına istinadən xəbər verir ki, E.Astaryanın vəkilləri və qohumları onu Çelyabinsk cəzaçəkmə müəsisəsində tapa bilmədiklərini bildiriblər. Hətta onun son vaxtlar hədələndiyi də söylənilir.

Vəkilinin sözlərinə görə, sonuncu dəfə erməni avtoriteti 31 yanvarda görüblər. 1 fevral gecəsi isə naməlum şəxslər onu naməlum istiqamətdə aparıblar.

Vəkil Rusiyanın insan hüquqları mərkəzlərinə müraciət etmək niyyətində olduğunu bildirib.

Xatırladaq ki, Eduard Asatryan Ded Xasan klanına qarşı olan qruplaşmanın liderlərindən hesab olunur. O, ötən ilin avqustunda Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Axtarış zamanı üzərindən bir neçə qram kokain aşkarlanıb. Erməni avtoritet 3 il müddətinə həbsə məhkum edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]