İslam

İmam Kazımın (ə) hərəminin üzərinə qara bayraq sancılacaq

1-05-2016, 23:49

İmam Kazımın (ə) hərəminin üzərinə qara bayraq sancılacaq


25 rəcəb 7-ci İmam  Həzrət Museyi-Kazım (ə) şəhadət günüdür. İmamın şəhadət günü münasibəti ilə bu gün Kazimeyndə İmam Kazım (ə) və İmam Cavad (ə) hərəmlərinin üzərində  qara bayraqlar sancılacaq. 
 
Maide.Az xəbər verir ki,  bayraqların dəyişdirilməsi məqsədi ilə bu gün rəsmi  mərasim keçiriləcək.  Mərasimdə qara bayraq əzadarlıq rəmzi olaraq  hər iki İmamın  qəbrinin günbəzi üzərinə sancılacaq.
 
İmam Museyi –Kazım (ə)  şəhadəti münasibəti ilə  Kazimeyndə  zəvvarlara xidmət çadırları və əzadarlıq çadırları da quraşdırılıb.
Yüzlərlə  zəvvar  İmam Kazım (ə)  hərəmini ziyarət etmək məqsədi ilə bu gündən İraqın müxəlif  şəhərlərindən Kazimeyn şəhəri istiqamətində hərəkət ediblər.  Bağdad şəhər polisi zəvvarların təhlükəsizliyini təmin etmək məqsədi ilə  zəruri tədbirlər görüb. 

İmam Kazımın (ə) hərəminin üzərinə qara bayraq sancılacaq

Administratorla əlaqə

077 611-55-22

[email protected]