İslam

Əlixan Musayev və Qamətin gülməli nonsensləri.

28-03-2016, 11:15

Əlixan Musayev və Qamət Süleymanov... Bu iki nəfərin adı sizə nəsə deyir? Başqa sözlə bunları birləşdirən ortaq nöqtə nədir?

Heç kimə sirr deyil ki, Əlixan və Qamət cütlükləri ölkəmizdə müxtəlif adlarla (sələfi, vəhhabi, əhli sünnə vəl-cəmaət, son dönəmlərdə isə İŞİD) İslam pərdəsi altında, hər havanı çalıb oynayırlar. Məsələn Qamətin təzə havası çıxıb. Əlixanı və Əlixanın timsalında öz həməqidə qardaşlarını baltalayır. "Guya bunlar bir-birlərinə müxalifdir. Deyir ki, Əlixanı dinləməyin, o düzgün adam deyil və s. "Baltalama” havasını çalır. Bu havanın ahəngində özünü itirib sərxoş olanlar da var. Bu havanı Qamətə kim və hardan sifariş verib bilmirəm. Amma sifariş verənlər deyəsən unudublar ki, bu Qamət gözəl çalğıçı deyil. O illər öncə də bir hava çalırdı. Deyirdi ki, "vəhhabilik yoxdur.” Amma bu daha çox lətifə kimi məhşur oldu və havası yarımçıq qaldı. Daha sonra 2014-cü ilin qışında (9 Noyabr) bir futbolçuya da (Qurban Qurbanov) dedilər ki, onsuzda ayağın işləmir, heç olmasa dilin işləsin. Bir mahnı var gəl oxu. O da oxudu. Başaladı ki, " vəhhabi söhbəti boş-boş şeylərdir...” Dediklərinə özüdə heç inanmır. Sadəcə ağa deyir sür dərəyə, o da sürübdə... Burda nə var ki elə deyil?...

Əlixan Musayev də illərdir ki qardaşı Qamət kimi İslam adı altında dini baltalayır. Baltası kütləşəndə də qart daşına üz tutur. Müasirliyi bəyənmir axı. Yoxsa Samuray Proya müraciət edərdilər.

Əlixan Musayevin gəncləri İŞID-ə tərəf səslədiyi, Suriyada gedən cihada getməyin höklmərini danışdığı və insanları dolayı yollarla sələfi-vəhhabiliyə cəlb etməsi iddia olundu. Onların ölkəmizdəki fəaliyyətini incələsək bu iddia isbat olunar. Amma maraqlı cəhət burasıdır ki, nə üçün Əlixan Musayev bir dəfə də olsun çıxıb demir ki, ay əxilər! Bizim Qarabağ adlı dünya boyda dərdimiz var. Bizim Xocalımız, 20 Yanvarımız, 31 Martımız var. 20 % torpağının işğal altında olduğunu unudan Əlixanlara nə azzar düçar olub ki, Suriyaya qaçırlar? Azərbaycandan Suriyaya "cihad” adı ilə minlərlə insanın ölkəni tərk etməsi bu Əlixanların İslam adı altında apardıqları dırnaqarası təbliğin acı bəhrəsi deyilmi? Sonra da çıxıb deyir ki, məni düz başa düşməyiblər...

Odur ki, bu kimilərin çaldıqları havalara oynamayın. Siz oynayarkən fərqində olmadan hava elə dəyişər ki, gəl görəsən.Oynamağı buraxıb, ayıq-sayıq olun.

 

İlahiyyatçı yazar / Mahir Şəkərov


Əlixan Musayev və Qamətin gülməli nonsensləri.

Administratorla əlaqə

077 611-55-22

[email protected]